“Qəbələ” mənim çox sevdiyim komandadır və əlbəttə ki, onların oyunları ilə maraqlanıram. Vəziyyətlərindən xəbərdaram”.
Bu sözləri QOL.az-a açıqlamasında “Qəbələ”nin sabiq kapitanı Dodo deyib.
5 il (2011-2016) “Qəbələ”də çıxış etmiş braziliyalı yarımmüdafiəçi sabiq komandasının hazırda turnir cədvəlinin sonuncu pillədə olmasına üzüldüyünü bildirib: “Qəbələ” kimi komanda yaxşı mövqedə olmağa layiqdir. Bu komanda həmişə güclü olmalıdır. Onların hazırkı durumu mənim üçün üzücüdür”.
Dodo Elmar Baxşıyevin “Qəbələ”dən ayrılmasına və Kaxaber Sxadadzenin baş məşqçi təyin olunmasına da münasibət bildirib: “Elmar Baxşıyevlə bir neçə il komanda yoldaşı olmuşuq. Məncə, “Qəbələ” üçün məşqçi kimi də əlindən gələni edirdi. Amma bəzən komanda dəyişikliyə ehtiyac duyur. Bəlkə də yeni dəyişikliklər “Qəbələ”ni inkişaf etdirə və daha yaxşı hala gətirə bilər”.

“Qəbələ”də 131 oyun keçirən və komandanı irəli aparan Dodo indi də “qırmızı-qaralar”a kömək etməyə hazır olduğunu qeyd edib: “Mənə inanıb güvənsələr, orada oynama hazıram. Artıq 5 ildir “Liepaya”ya (Latviya) kömək edirəm. Yeni məşqçi ilə danışmağa hazıram. Mənim səviyyəmin necə olduğunu və son 5 ildəki oyun statistikamı yoxlaya bilərsiniz. Onda görəcəksiniz ki, dediklərim adi söz deyil”.
Bəs Dodo Latviyada etdiklərini Azərbaycanda da, özü də 36 yaşında təkrarlaya bilərmi? Latviya çempionatı ilə Azərbaycan Premyer Liqası arasında səviyyə fərqi necədir?“Yaş problem deyil. Fiziki durumum əladır. Elə buna görə də “Liepaya” mənimlə daha bir illik müqavilə imzaladı. Mən hələ də “10 nömrə” və kapitanam. Belə olmasa idi, klubum mənimlə yeni 1 illik müqavilə bağlamazdı. Onu da deyim ki, Latviya çempionatı da zəif deyil. Hansı ölkədə olmasından asılı olmayaraq, istənilən komandaya kömək etməyə hazıram. Artıq 5 ildir "Liepaya"ya kömək edirəm. "Qəbələ"də də bunu bacararam. 38 yaşıma kimi oynamağı düşünürəm. Bundan sonra hələ çox qol vuracağam”.
Dodo sonda “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışlarına da toxunub: “Qarabağ” yaxşı komandadır. Onların bəzi avrokubok oyunlarını izləyirəm. "Braqa" kimi komandanı keçə bildilər. “Bayer” isə daha güclüdür. “Qarabağ”a asan olmayacaq, amma onların çox yaxşı baş məşqçisi var. Qurban Qurbanov uğurlu nəticə üçün nə edəcəyini bilir”.
Ramiq Ağaməmmədov
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat
DÇ-2026: Türkiyə millisinin oyun təqvimi
İran yığması DÇ-2026 üçün viza aldı
La Liqanın ən yaxşı baş məşqçisi bəlli oldu