La Liqanın 27-ci turunun “Valensiya” - “Real” oyununda (2:2) qalmaqal baş verib.
QOL.az xəbər verir ki, buna baş hakim Xesus Xil Mansanonun verdiyi qalmaqallı qərar səbəb olub. O, 90+9-cu dəqiqədə Cud Bellingemin vurduğu qələbə qolunu qeydə almayıb. Qərar bununla izah olunub ki, qol vurulmazdan əvvəl - top cərimə meydançasına ötürülərkən hakim oyunun bitdiyini bildirən final fiti səsləndirib.
Bundan sonra “Real”ln futbolçuları hakimlə mübahisəyə başlayıblar. Sayılmayan qolun müəllifi Bellingemə isə qırmızı vərəqə göstərilib.
Qərarı şərh edən “Real”ın baş məşqçisi Karlo Ançelotti bildirib: “Nə deyim? Deyiləcək çox şey yoxdur. Görünməmiş bir şey baş verdi. Biz topa sahib idik. Düşünürəm ki, top artıq “Valensiya”da olanda matç başa çatmalı idi”.
“Real” klubu isə sosial şəbəkəsində yazıb: "Hakimin görünməmiş qərarı “Real” Madridin “Mestalye”də qalib gəlməsinə mane oldu".
Hadisəyə “Valensiya”nın baş məşqçisi Ruben Baraxa da münasibətini açıqlayıb. Oyundan sonra keçirilən mətbuat konfransında Baraxa deyib: “Mən bunu aydın gördüm. Top künc istiqamətinə gedəndə hakim bunun son hərəkət olduğunu söylədi. Biz topa vuranda hakimin fit çaldığını gördüm. O, oyunun bitdiyini düşünürdü. “Real”ın buna etiraz etməsi başadüşüləndir. Amma mən bu barədə əlavə şərh vermək istəmirəm”.
Qeyd edək ki, hazırda “Real” 27 oyundan 66 xalla La Liqada liderdir. İkinci yerdə qərarlaşan “Jirona”nın 26 oyundan 59 xalı var.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov
La Liqa matçları təxirə salındı
Azərbaycan millisi qrupda çıxışını məğlubiyyətlə başa vurdu
“Çempion olacağımıza inanıram” - Kadi Borges
“Futbolçular təzyiqin öhdəsindən gəldilər” - Famil Xəlilov
“Barselona”nın futbolçusu sıradan çıxdı
Messi də “Qızıl top”un təqdimetmə mərasiminə qatılmayacaq
“Kayrat”ın baş məşqçisi istefa verdi
Ronaldonun qolu mübahisə yaratdı – Rəsmi qərar açıqlandı