Misli Premyer Liqasının 25-ci turunda “Zirə” öz meydanında “Turan Tovuz”la heç-heçə edib. QOL.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov əvvəlcə 1:1-lik heç-heçəni şərh edib və sonra jurnalistlərin suallarını cavablandırıb.
- Birinci hissə bizim üçün ağır oldu. Gözlənilməz hadisələr çox baş verdi. Əslində oyuna yaxşı başlamışdıq. Lakin sonradan gözləmədiyimiz hallar yaşandı. Əvvəlcə Məqsəd zədələndi, azlıqda qalarkən rəqib bundan faydalandı, hesabda önə keçdi. Oyunu bərabərləşdirməyə çalışırdıq ki, Utziq zədələndi. Meydana buraxmağa hücumameyilli oyunçumuz yox idi. İkinci hissədə müəyyən dəyişikliklər etdik. Komanda mübarizə apardı. Bu qədər hadisədən sonra ikinci hissədə əzmkarlıq göstərib bir xal qazandıq. Azlıqda qalarkən standart vəziyyətlər çox böyük rol oynayır. Düşünürəm ki, vacib bir xal qazandıq. Təbii ki, qələbəyə köklənmişdik və amma ilk hissədə baş verənləri nəzərə alsaq, bu gün qazanılan bir xal bizim üçün qızıla bərabərdir.
- Sizcə, oyunda qırılma nöqtəsi “Zirə”nin zədəliləri oldu, ya qırmızı vərəqə?
- Hamısı önəmlidir. Sərəncamımda hücumameyilli oyunçular azdır. Rafaellə Məqsədin zədələnməsi ilə hücumdakı kreativliyimiz düşdü. Rəqib daha ürəkli oynadı. İlk hissənin son 10 dəqiqəsi çox ağır keçdi. Fasilədən sonra daha əzmkar idik. Uduzmamaq üçün futbolçular hər şeyi etdilər, penaltidən hesabı bərabərləşdirdik. Onu da nəzərə alaq ki, “Turan Tovuz” yaxşı komandadır. Ayxan müəllim və komandası xoş sözlərə layiqdir. Oyundan öncə də, matçın gedişində də onların planlarını pozmaq çətindir.
- Meza Kollini heyətinizə qatdınız. O, komanda üçün nə dərəcədə faydalı olacaq?
- İstərdim yanvardan sərəncamımda olsun. Çoxsaylı itkiləri nəzərə alaraq, hücumçu transfer etmək istəyirdik. Lakin rəhbərliklə danışdıq, forvard əvəzinə Meza Kollini heyətə qatdıq. Son rəsmi oyununu 10 ay öncə keçirib. Ona vaxt lazımdır, bizim isə vaxtımız yoxdur. Hansısa oyunda bizə 15-20, hansısa oyunda 90 dəqiqə kömək edəcək. Üstəlik, bu gün Rafael də zədələndi. Çalışacağıq ki, bütün bunların öhdəsindən gələk.
- Bu gün meydana 3 mərkəz müdafiəçisi ilə çıxmağınız sırf rəqibə görə idi?
- Qismətin cəzalı olması da bu seçimə təsir göstərdi. 1-2 futbolçunu itirdikdə bu, oyun planımıza təsir edir. Bu sistemi yoxladıq. 35-40-cı dəqiqələrdə yenidən dördlü müdafiəyə qayıtmaq istəsək də, azlıqda qaldıq. Sonradan dördlü müdafiəyə keçdik. Ümumi götürsək, matç düşündüyümüz kimi keçmədi.
- Zədəli olan hücumçularınız Filipe Paxtman və Rüstəm Əhmədzadənin son durumu necədir?
- Rüstəm 2-3 həftə sonra komanda ilə birgə məşqlərə başlayacaq. Paxtman isə mövsümü başa vurub. Tezliklə əməliyyat olunacaq.
- AFFA prezidentliyi ilə bağlı fikirləriniz necədir?
- Xeyirli-uğurlu olsun. Əsas odur ki, futbolumuz üçün faydalı olsun.
- Dünən “Sumqayıt” uduzdu, bu gün siz xal itirdiniz. Sabah “Qarabağ” “Neftçi”ni məğlub etsə, sona 11 tur qalmış Ağdam klubu ən yaxın izləyicisini 24 xal qabaqlayacaq. Bu da o deməkdir ki, “Qarabağ” artıq sona 8 tur qalmış növbəti çempionluğunu rəsmiləşdirə bilər. Ağdamlıların gücü məlumdur, amma həqiqətənmi bu dərəcədə böyük fərq var?
- Burda yeganə səbəb “Qarabağ”ın gücüdür. Digər rəqiblərin öz aralarındakı oyunlar çox çətin keçir. Hər komanda vuruşur. Ötən tur 3:0 hesabı ilə qalib gəlsək də, oyun həddindən artıq çətin keçmişdi. “Qarabağ”la rəqabət aparmaq üçün hər komanda keyfiyyətli olmalıdır.
- AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev liderlə ikinci yer arasında bu dərəcədə böyük xal fərqi olmasını biabırçılıq adlandırıb...
- Mən belə düşünmürəm. “Qarabağ” həqiqətən də çox güclüdür. Mövsümün əvvəlində biz də lider olmuşduq. Amma sonradan mövqeyimizi əldən verdik.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı
"Qarabağ" DÇ-2026-ya yollanacaq futbolçunu transfer edir
"Bayer"də baş məşqçi dəyişikliyi - Rəsmi
“Ayın qolu” layihəsində qaliblər açıqlandı
"Qəbələ" də kapitanla vidalaşdı
Yankoviç "Qarabağ"da qalır? - Özü açıqladı
“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv oldu
"Sabah" kapitanla yolları ayırdı
Marko Rouz Premyer Liqa klubunda - Rəsmi
"Fulhem"də baş məşqçi ayrılığı
Azərbaycandan ayrılıb İsrail klubuna keçdi
"Şamaxı"dan gedənlərin sayı 15 oldu
"Çelsi"nin əfsanəsi vəfat etdi
“Trabzonspor” futbolçusunu AEK-ə satdı
Azərbaycan millisini finala aparan qələbə - Video
Mourinyo həmin videonu süni intellekt adlandırdı
"Liverpul" yeni baş məşqçi ilə müqavilə bağlayıb
Addaidən “Qarabağ” paylaşımı
Niderland öz meydanında Əlcəzairə uduzdu
İtaliya millisindən çətin qələbə
“Çempion olmaq istəyirik” - Elşad Quliyev
Azərbaycan millisi finalda - Avropa çempionatı
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bilindi
"PSJ-yə uyğunlaşmaq çox çətindir"
Yamal zirvədə, Arda Güler 2-ci yerdə
Mourinyonun "qara" siyahısına düşdülər
UEFA klubların yeni reytinqini açıqladı
Bölgə klubunda yeni təyinat