"Kəpəz" Misli Premyer Liqasının 25-ci turunda səfərdə "Sumqayıt"ı 3:1 hesabı ilə məğlub edib. Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükorov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Tam istədiyimiz kimi gözəl, baxımlı futbol olmadı. Nəticə daha önəmli idi. Çalışdıq ki, nəticəyə yönəlik oyun oynayaq. Son dəqiqələrdə müdafiəyəmeyilli və sürətli futbolçuları meydana buraxdıq. Bu da öz bəhrəsini verdi. Bizim üçün vacib olan 3 xal idi, onu da qazandıq.
- Giorgi Papunaşvili əvəzlənərkən narazı görünürdü. Bu, nə ilə bağlı idi?
- İstəyirdik ki, meydanda komandaya fayda verən futbolçular olsun. Papunaşvili çox yorulmuşdu. Mate Kvirkiya da tam istədiyini edə bilmirdi. Papunaşvili əsas oyunçularımızdan biridir və komandanı öz arxasınca aparır. O dayananda komanda da dayanır. Narazılıq yoxdur.
- Artıq demək olar ki, Premyer Liqada qalmağı təmin etmisiniz. Bundan sonrakı hədəfiniz nə olacaq?
- Həmişə deyirik ki, qabağa baxmaq və öndəki rəqiblərə köklənmək lazımdır. Bu gün qələbə qazandıq. Amma tam olaraq futbol oynamadıq. İlk üçlükdə olan rəqibə qarşı sırf müdafiədən oynadıq. Əsas məqsədimiz Premyer Liqada qalmaqdır. Qarşıda oyunlar çoxdur. Çox şeylər dəyişə bilər. Bizim ev oyunları ilə bağlı problemimiz var. Bunu həll etməliyik. Bəzi komandalar bizə öz stadionlarını vermədilər. Buna görə də davamlı olaraq səfərdə oynamalıyıq. Premyer Liqada qalmağı təmin etmək üçün hələ 4-5 oyunda da qalib gəlməliyik. Əsas hədəflərimizdən biri də gəncəli iş adamlarını komandaya cəlb etməkdir. "Kəpəz" Premyer Liqada qalsa, ümid edirik ki, iş adamları da Gəncənin komandasına sahib çıxarlar.
- Tovuzda, yoxsa Bakıda oynamağa üstünlük verəcəksiniz?
- Təbii otda məşq edib Tovuzda süni meydanda oynamaq çətindir. Belə olan halda futbolçuların zədələnmə ehtimalı da artır. Məsafə baxımından Tovuz bizim üçün əlverişlidir. Amma oyun baxımından təbii meydan olsa, daha yaxşıdır. "Neftçi"ni Tovuzda qəbul edəcəyik. Ondan sonrası qeyri-müəyyəndir. Rəhbərliklə danışırıq. Ümid edirik ki, təbii meydan tapılacaq. Bu da yalnız Bakıda var. Belə olduqda da biz əlavə vaxt itiririk. Bütün bunları nəzərə alıb addım atmalıyıq.
- Kaxaber Sxadadzenin "Qəbələ"yə baş məşqçi təyin olunmasının sizə necə təsiri olacaq?
- Biz məşqçinin getməyini heç vaxt istəmərik. Elmar müəllim yaxşı komanda qurmuşdu. Yəqin ki, bəzi nüanslara görə komanda uduzurdu. Sxadadzenin gəlişi bizim üçün narahatlıq deyil. Biz əsas öz nəticələrimizi fikirləşirik (sportal.az).
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı