Azərbaycanlı hakim Türkiyə millisinin oyununa təyinat aldı

Azərbaycanlı hakim Türkiyə millisinin oyununa təyinat aldı
ÖLKƏ FUTBOLU 28 Fevral 2024 / 14:58 2491
-  A +

Azərbaycanlı FİFA referisi Fəridə Lütfəliyeva beynəlxalq yoldaşlıq oyununa təyinat alıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, bu gün keçiriləcək qadın futbolçulardan ibarət Türkiyə – Rumıniya yoldaşlıq görüşünün baş hakimi olacaq.

Ona Sevda Nuriyeva və Gülnurə Əkbərzadə kömək edəcək. Dördüncü hakim funksiyasını isə türkiyəli Cansu Tiryaki yerinə yetirəcək.

Oyun Türkiyənin Antalya şəhərindəki “Atatürk” Olimpiya Stadionunda keçiriləcək.


Son xəbərlər
topaz banner