Atdan yıxılan Riko qayıdır

Atdan yıxılan Riko qayıdır
ÖLKƏ FUTBOLU 28 Fevral 2024 / 13:07 1570
-  A +

PSJ-nin qapıçısı Serxio Riko yenidən futbola qayıdacaq.

QOL.az xəbər verir ki, bu barədə "The Atletic" məlumat yayıb. O, tezliklə komanda ilə məşqlərə başlayacaq.

Riko 2023-cü ilin mayında atdan yıxılmış, ciddi kəllə-beyin travması almış və beyin qanaması keçirmişdi. Futbolçu 82 gün xəstəxanada qalıb. Avqustun 18-də o, xəstəxanadan buraxılıb.

Qeyd edək ki, Serxio 2019-cu ildən PSJ-də oynayır. 


Son xəbərlər
topaz banner