Azərbaycan futzal millisi Gürcüstanla qarşılaşacaq

Azərbaycan futzal millisi Gürcüstanla qarşılaşacaq
ÖLKƏ FUTBOLU 28 Fevral 2024 / 11:26 669
-  A +

Azərbaycan futzal millisi aprel ayında iki yoldaşlıq oyunu keçirəcək.

QOL.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Aprelin 13-də Tbilisiyə yollanacaq Azərbaycan yığması 2 dəfə Gürcüstan seçməsi ilə qarşılaşacaq. Vitali Borisovun kollektivi ayın 14-də və 16-da yerli komanda ilə üz-üzə gələcək.

Oyunların keçirilmə vaxtı və məkanı, eyni zamanda, komandamızın heyəti hələ bəlli deyil.


Son xəbərlər
topaz banner