"Zirə”nin yarımmüdafiəçisi Ceyhun Nuriyevin QOL.az saytına müsahibəsi
- “Araz-Naxçıvan”la oyunda qələbə həsrətinə son qoydunuz. 10 turdan sonra qazanılan 3 xalı necə şərh edərdiniz?
- Oyuna yaxşı başladıq. Düzdür, topla daha çox oynayan tərəf “Araz-Nazçıvan", lakin diktə edən biz idik. Birinci hissədə hesabı açdıq, lazım olan qolu vurduq. Bilirdik ki, fasilədən sonra rəqib yüklənəcək. Bu təzyiqə dözdük. Gedişat elə idi ki, ya onlar fərqlənəcəkdi, ya biz. Çox şükür ki, hesab arasındakı fərqi artırmağı bacardıq. Artıq 2:0-dan sonra oyun rahat getdi.
- Demək olar ki, matçın qırılma anı qapınıza təyin edilən və sonradan ləğv olunan penalti idi? Çünki həmin anda rəqib hesabı bərabərləşdirsəydi, işiniz çətin olacaqdı...
- Məncə də. Həqiqətən o epizodda qol olsaydı, çox çətin olacaqdı. Çünki hissənin əvvəli idi. Rəqib çox yüklənirdi. O anda hesab bərabərləşsəydi, “Araz-Naxçıvan” daha istəklə üstümüzə gələcəkdi, daha çox təzyiq olacaqdı. Hətta bir epizodda da fərqlənmək üçün şansları var idi. Lakin qapıçımız inamlı oynadı.
- “Zirə”nin 10 oyunda qələbə qazana bilməməsinə səbəb nə idi?
- Nüanslar çoxdur. Birinci növbədə öz səhvlərimiz oldu. Düzdür, bu müddətdə hakim səhvləri də, şanssızlıq da olurdu. Buraxdığımız səhvləri analiz etmişik. Çalışmalıyıq ki, bundan sonra eyni səhvləri təkrarlamayaq.
- Növbəti qələbəni gözləmək üçün daha 10 tur lazım olmayacaq?
- Xeyr (gülür). İnşallah, növbəti tur ardı gələcək.
- Lakin “Turan Tovuz”la matç heç də asan olmayacaq...
- Razıyam. Çox çətin oyun gözləyir bizi. “Turan Tovuz” son turlar daha yaxşı təsir bağışlayır. Kubokda onları üstələmişdik. Çalışacağıq ki, bu dəfə də qalib gələk.
- Turnir cədvəlindəki vəziyyəti necə qiymətləndirirsiniz?
- Turnir cədvəlində komandalar bir-birinə çox yaxındır. Lider “Qarabağ”ı çıxsaq, 2-8-ci yeri bir-birindən çox az xal ayırır. Bu o deməkdir ki, hər xal itkisi bizi aşağı sala bilər, eləcə də əksinə, qazanılan hər xal da irəli apara bilər. Mövsüm çox maraqlı keçir. İndiyə qədər belə gərgin çempionat olmayıb. Hər oyuna maksimum xal qazanmağa çalışacağıq.
- “Zirə”nin avrokuboklara yollanması nə dərəcədə realdır?
- Şansımızı yüksək dəyərləndirirəm. Düzdür, hazırda dördüncü yerdəyik. Lakin 2-3-cü yerlərdən cəmi 1 xal geri qalırıq. Uzun müddət turnir cədvəlində ikinci yerdə olmuşuq. Yenə eyni yerə qayıtmaq üçün bütün gücümüzü ortaya qoyacağıq.
- Kubokda mübarizəni davam etdirməyi “Zirə” üçün üstünlük hesab etmək olar?
- Əslində biz iki yarışı bir-birinə qatmırıq. Hədəfimiz ölkə kubokunu qazanmaqdır.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
Gecə əyləncəsi Qrilişə baha başa gəldi