"Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Hər birində yaxşı konsentrasiya var idi. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu. Lakin üstünlüyü saxlaya bildik. İlk yarı qapalı oyun oldu, ikinci yarı daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Samir Abasova uğurlar arzulayıram".
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 24-cü turunun "Sumqayıt"la oyunundan (2:0) sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- "Qəbələ" ilə oyunun təxirə salınması daha yaxşı olardı?
- Bu həftə oyun olmasaydı, daha yaxşı olardı. Bundan əvvəl də bizə lazım idi, yəni "Braqa" ilə oyundan sonra. Təxirə salındı. Amma biz yenə də müraciət etmişdik ki, bu görüşü təxirə salsınlar. Bir az proqramda təsdiq olunub deyə, çətin olduğunu bildirdilər. Başqa çıxış yolumuz yoxdur, "Qəbələ" ilə matça gedəcəyik. İstirahət olsaydı, daha yaxşı idi. Çünki "Braqa" ilə cavab oyunundan sonra futbolçularımın istirahətə daha çox ehtiyacı var idi. Ehtiyatlanırdıq. Futbolçular tam bərpa olunmamışdılar. Başqa qərar qəbul olunubsa, gedib "Qəbələ" ilə oynamalıyıq.
- "Neftçi" ilə oyunun təxirə salınması üçün müraciət edəcəksiniz?
- Həm "Neftçi", həm də "Qəbələ" ilə oyun təsdiqlənib. İki oyununun təxirə salınmasının çətin olduğunu dedilər.
- "Bayer"in düşərgəsində olmuşdunuz və Xabi Alonso ilə görüşmüşdünüz. Oradakı söhbətlərinizdə Alonso komandasının hansı zəif və hansı güclü tərəfləri barədə sirrləri açdı?
- Daha çox nəyə üstünlük verməsi ilə bağlı söhbətimiz oldu. Bəzən oyunun gedişatında oyunun stilində dəyişiklik edir. Bunu analizlərdə görmüşdük, oyunlarına çox baxmışdıq. Almaniyadakı matçda fərqli tələbləri var idi, Bakıdakı görüşdə fərqli. Düşündüklərimiz var idi, onu özü də dedi. Futbolun dili birdir. Oyunçuların ustalıq səviyyəsi, oyun sürəti, ilboyu o tempə dözmək... Bu, daha üstün cəhətdir.
- Türkiyə mətbuatında yayılan xəbərlərə görə, "Fənərbaxça"nın skautları Juninyonu stadiondan izləyib. Bununla bağlı sizə müraciət olub?
- Xeyr.
- Rəqiblərin sizə qarşı dişsiz olması, komandanıza nə qədər ziyandır? Demək olar ki, çempionatda rəqibiniz yoxdur...
- Mənim üçün cavab vermək çətindir. Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamımız güclənsək, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq.
- Oyunlarda azarkeş sayının çox olmaması, sırf çempionatın səviyyəsinin aşağı olması ilə əlaqədardır?
- Azarkeş stadionda olanda, oyunlar gözəl, daha yaxşı görünür, oyunlar da, futbolçular da aktiv olur. Futbolun səviyyəsini qaldırmaq üçün azarkeş amili böyük rol oynayır. Futbolçu potensialından daha da artığını etməyə çalışır. Azarkeşlər gəlsə, hamımız sevinərik. Oyunçular daha çox qol vurmaq istəyər. Daha çox faydası var. Amma əfsuslar olsun ki, vəziyyət belədir.
- Adama Diakabiyə yerli çempionatda maksimum şans verirsiniz. Onun göndəriləcəyi gündəmdədir?
- Bizim tərəfimizdən iddia olmayıb. Biz klub, məşqçi olaraq, ona heç nə deməmişik. Sadəcə, mətbuatda "Qarabağ" onu göndərmək istəyir deyə, yazılar çıxmışdı. Bu da məlumdur. Az oynayırdı, az şans qazanırdı, Avropa Liqasının siyahısına salmadıq deyə, belə fikirlər formalaşdı. Lakin Adama bizim futbolçumuzdur, onunla mövsümün sonuna qədər müqaviləmiz var. Ona görə gündəmdə belə bir şey yoxdur.
- Köməkçiniz Zaur Tağızadə mətbuata qapalı insandır. Bunun səbəbini özündən soruşmusunuz?
- Elə ona görə də "qızıl oğlan"dır(gülür). Zaur həqiqətən də "qızıl oğlan"dır. Hamı onun xətrini çox istəyir. Futbolçu vaxtlarında da müsahibələrini nadir vaxtlarda görürdüm. Hərənin öz işi var. Sizlərə müsahibə lazımdırsa, mən verirəm, nə sualınız varsa, verin (gülür). Onlar da öz işləri ilə məşğul olsun. Bilmirəm, müraciət etmisiniz? Məncə, yox deməz, problem olmaz.
- Səsiniz tutulub. Bu avrokuboklardakı sevinclə bağlıdır, yoxsa xəstələnmisiniz?
- Bilmirəm(gülür). Amma nə olubsa, o oyunda olub. Özümü yaxşı hiss edirəm (sportal.az).
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
Beş ildən sonra ilk qolunu vurdu
Qollarının ardı-arası kəsilmir - 6 matçda 9 dəfə
"Borussiya"dan "Real"a keçə bilər
"Yuventus"dan gözlənilməz məğlubiyyət
"Barselona" Reşfordu onunla əvəzləyə bilər
Baş məşqçi azarkeşlərin "istefa" şüarına reaksiya verdi
40 yaşlı futbolçudan yeni rekord
Azərbaycan millisi Belarus yığmasına qalib gəldi
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
Klub rəhbərliyi baş məşqçiyə konkret hədəf təyin etdi
Füzuli Məmmədov: “Sizinlə razı deyiləm”
Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq təklif var
Felipe Santosdan Yevlaxda 2 qol - Video
"Yaşlandıqca müdrikləşir, oyunu daha yaxşı anlayır"
"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Millimizin dünya çempionatı üçün heyəti
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
Tramp Ronaldoya: "Əşyalarını yığ, ABŞ-də bizə lazımsan"
"Karvan-Yevlax" - "Araz-Naxçıvan" - Heyətlər
Federasiyaya yeni baş katib təyin edilib
Neymar: "Əsas məqsədim dünya çempionatını qazanmaqdır"
“Orada həyatıma təhlükə yüksək idi” - “Zirə”nin legioneri
UEFA “Barselona”nı cərimələyib
“Nyukasl”dan Bakı səfəri ilə yeni paylaşım - Video
Zidanın yeni iş yeri ilə bağlı iddia
Renat oynadı, komandası qalib gəldi
Superliqada 23-cü tura start verildi
“Sumqayıt” - “Qəbələ” matçında qalib aşkarlanmadı - Video
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev
"Komandada çaşqınlıq var idi" - Rəşad Sadıqov
"Sumqayıt" - "Qəbələ": Heyətlər açıqlandı
Nərimanın ABŞ klubuna qoşulmağı ləngiyir