"Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik. Futbolçularıma təşəkkür edirəm. Sona qədər mübarizə apardılar, təslim olmadılar. Azarkeşlərimiz hər rəqibə Tovuz səfərini hiss etdirirlər”.
QOL.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turunda “Neftçi” ilə bərabərə qaldıqları oyun (1:1) barədə danışarkən deyib.
O bildirib ki, bugünkü matça komandası üçün uduzmamaq önəmli idi: “Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Rəqibin fərdi keyfiyyətləri yaxşı olan futbolçuları var. Ofsayd xəttini necə çəkdilər, bilmirəm. Filip Ozobiç öndə görünürdü. "Neftçi" ilə matçda məğlub olmamaq önəmli idi. Çempionat gərginləşir. Sona qədər bu gərginliyin içində olmaq istəyirik".
Abbasov bugünkü matça heyətdə etdiyi dəyişikliklərin səbəbini belə izah edib: “Heyəti qurmaqda çətinlik çəkirəm. Yaxşı rəqabət var. Əsas heyətdə olmayan futbolçular çox istəkli idilər. Bu gün sonradan meydana daxil olanlar can qoydular. Komanda belə olmalıdır. Qarşıdakı matçlarda da rotasiyalar olacaq”.
Mütəxəssis sonda yaranan gərginlik zamanı rəqib baş məşqçi ilə aralarında mənfi bir hadisənin yaşanmadığını bildirib: “Yəqin ki, hakimə düzgün məlumat vermədilər. Rəqibin baş məşqçisinə təşəkkür edirəm. Çox mədəni insandır. Hakim elə başa düşdü ki, biz mübahisə edirik”.
"Neftçi"dən icarəyə götürdüyünüz 3 futbolçuya şans verdiniz. Onları meydana buraxmaq riskli deyildi?” sualını Abbasov belə cavablandırıb: “Xeyr, riskli deyildi. Onlarda ikiqat motivasiyası var idi. İstəkləri görünürdülər. Hər birinin yaxşı potensialı var”.
O, son zamanlar Fərid Nəbiyevə az şans verməsinin səbəbini də açıqlayıb: “Bu gün qol vurdu, sual verilir. Amma 4-5 turdur Ayxan Quseynov qollar vururdu, bu suallar olmurdu. Səbəbi odur ki, onun yerinə oynayan futbolçu yaxşı çıxış edirdi. Rəqabətdir. Fərid bir az öz formasından aşağı çıxış edirdi. Amma onun potensialı var. Milli komandada oynamalı oyunçudur. Üzərində işləməlidir. Fərid qol duyumu olan futbolçudur. Ondan çox şey gözləyirik”.
“Turan Tovuz”un çalışdırıcısı matçın gedişi zamanı aqressiv olmasından da söz açıb: “İstəyirdik ki, futbolçulara qələbə ruhunu verək. Məğlub omaq istəmirdik. Bəzən özümüz də oyunun içində oluruq, hər şeyə reaksiya veririk. Bu da oyunun stressindən irəli gələ bilər”.
O, "Turan Tovuz"un futbolçularının milli komandaya dəvət almaması haqda da danışıb: “Turnir cədvəli təsir edir. Keçən il də öz klubunda oynamayan futbolçular milliyə dəvət olunurdu. Amma aşağı pillələrdə olan klubların futbolçularına daim diqqət edilmir. Ümid edirəm ki, yeni baş məşqçi bu detala fikir verəcək. Milli komandanın qapıları hər kəsə açıq olmalıdır”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı