"Oyuna yaxşı hazırlaşmışdıq. Komanda istəkli idi. Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Çox danışmaq istəmirəm".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 24-cü turunun "Kəpəz"lə (2:1) oyunundan sonra mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.
- Klub rərbərliyi ilə iclas keçirirdiniz?
- Xeyr, komanda ilə danışırdıq. Tövsiyyələrimizi verirdik, komandanı növbəti oyuna kökləyirdik.
- Oyunun qırılma nöqtəsi hansı epizod oldu?
- Hər şey biz istədiyimiz kimi deyil. Oyunun qırılma nöqtəsi başqa detaldır. Verilməyən penaltilər var. Futbolçunun başını yarmalıdırlar ki, penalti versinlər? Bizə qarşı fərqli qərar verirlər.
- İlk dəfədir ki, Qəbələdə istefa şüarları səsləndirilir...
- Azarkeşləri də başa düşürük. Onlar komandanı yaxşı görmək istəyirlər. Düşünürlər ki, baş məqşçi getsə, hər şey düzələcək. Mən yapışıb qalmamışam, mənə inanan insanlar var. Onlar nə vaxt yolları ayıracaqlarsa, mən də gedəcəyəm.
- Emil Səfərovun zəif oyununun səbəbi nə idi? Həyəcanla bağlı ola bilər?
- Emil artıq gənclik mərhələsini keçib. Millinin futbolçusu həyəcanlanırsa, onun inkişafında problem olacaq. Amma səbəb həyəcan deyildi. Zəif oynadı, toparlanmalıdır.
- Azarkeşlərlə görüşünüz olacaq?
- Mən bir ay deyil ki, buradayam. Heç kimdən qaçmıram, kim istəsə, görüşə bilərik. Çıxış yolunu mənim getməyimdə bilirlərsə, klub prezidenti ilə görüşüb istəklərini bildirsinlər.
- Əlinizdəki heyət bu yerə layiqdir?
- Heyət o qədər də aciz deyil. Amma 24 tur ərzində 9 dəfə azlıqda qalmışıq. Problem özümüzdədir. Komanda dişini göstərməlidir. Məşqdə fərqli istək görürük, amma oyunda bunu görə bilmədik.
- Komandanın uğursuzluğunu sabiq baş menecer Nail Kərimova bağlamaq olar?
- Düşünürəm ki, xeyr. Səbəbləri bir nəfərdə görmək lazım deyil. Ötən ilki futbolçuları saxlamaq çox çətin oldu.
- "Kəpəz"ə ev oyunlarını Qəbələdə keçirməyə icazə vermisiniz. Əsas rəqibiniz sizin stadionda xallar qazanır. Sizcə, bu, doğrudur?
- Bu, mənə aid olan sual deyil. Məsuliyyət həmişə məşqçinin üzərində olur. Bu durumdan xarakter göstərib çıxacağıq.
- Qarşıda 12 tur var. Komandanın neçə xal yığacağını düşünürsünüz?
- Rəqəmlə demək çətindir, hər oyunun öz hökmü var. Bu oyun bütün komandaya bir siqnal olmalıdır. Bəli, artıq çox şeyi itirmişik. Amma fikirləşsək ki hər şey bitib, onda mübarizə dayanacaq. Komandama inanıram.
- Ötən mövsüm son pillələrdə olan komandaların baş məşqçiləri bildirirdilər ki, Premyer Liqadan düşmək ləğv olunsun. Siz necə düşünürsünüz, idman prinsipləri qorunmalıdır?
- Bizim işimiz komanda ilə bağlıdır. Düşmək olacaqsa, barışmaq lazımdır. Qanun nəyi tələb edirsə, ona uyğunlaşmalıyıq. (Sportal.az)
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı