"Ağır oyun olacağını gözləyirdik. İstəyimiz ən azından bir xal qazanmaq idi. Qələbə bizim üçün çox sevindirici oldu. Komanda bütün gücünü ortaya qoydu".
QOL.az xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Misli Premyer Liqasının 24-cü turunun "Qəbələ" ilə (2:1) oyundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
- Artıq minimum hədəfə çatdığınızı demək olar?
- Hələ çox tezdir. Qarşıda ağır oyunlar var. Bu gün udduq, amma o demək deyil ki, işimizi həll etdik. Yerimizi daha da möhkəmləndirməliyik.
- Komandanın potensialı nəyə qadirdir?
- Bizdən öndə olan komandalarla xal fərqini azaltmağa çalışacağıq. Amma əsas hədəfimiz Premyer Liqada qalmaqdır.
- Avrokuboklar uğrunda mübarizə apan komandalar "Kəpəz"ə 3 xal kimi baxacaq. Bu, sizə mane olmayacaq?
- Digər komandaların bizdən gözləntiləri nədir, bilmirəm. Bizim öz hədəfimiz var. Premyer Liqada qalmağı təmin edəndən sonra bizdən öncə gedən rəqiblərə çatmağa çalışacağıq. Digər komandaların "Kəpəz"lə oyuna 3 xal üçün çıxmaqları bizim üçün üstünlükdür. Gəlsinlər, onları qarşılayacağıq.
- Bu oyuna görə xüsusi mükafat olacaq?
- Mükafatla bağlı heç nə danışmırıq. Futbolçuların düşüncəsi belə olmalıdır ki, komanda uduzmasın. Bundan sonra mükafatla bağlı qərarı rəhbərlik verir. Bizim üçün ən vacibi yaxşı oyun göstərməkdir.
- Giorgi Papunaşvilinin komandanın lideri olduğunu demək olar?
- Tək Papunaşvili yox, ehtiyatda olan Turalı, Vurğunu da qeyd edərdim. Biz kollektiv formalaşdırırıq. Hər kəsin istəyi odur ki, komanda qalib gəlsin. Futbolçulardan əlavə, bu, həm də şəhərin istəyidir. (Sportal.az)
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı