"Bura məğlub durumda gəlmişdik. İlk oyunda neqativ nəticə qeydə alınmışdı. Vəziyyəti xeyrimizə dəyişmək üçün qələbə lazım idi. 90 dəqiqə ərzində tarazlıq yaratdıq. Komanda yaxşı işlədi, vuruşdu, mübarizə apardı. Bəzi səhvlərə yol verdik. Onlar olmamalıydı. Amma ümumilikdə komanda vuruşdu. Həmin səhvlər cütün taleyini həll etdi".
QOL.az xəbər verir ki, bu sözləri "Braqa"nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib. "Braqa" cavab matçında, Bakıda 3:2 hesabı ilə qalib gəlsə də, ilk görüşdə - evdə "Qarabağ"a 2:4 hesabı ilə uduzduğu üçün ümumi hesabda (5:6) məğlub olub və turnirdə mübarizəni dayandırıb.
Mütəxəssis bildirib ki, tez bir zamanda bərpa olmalı və yollarına davam etməlidirlər: "İlk oyunda qeydə alınan həmin nəticə bizi burada qələbə qazanmağa məcbur edirdi. Qalib gəldik. Amma mərhələ keçmək üçün yetərli olmadı. Tez bir zamanda bərpa olmalıyıq. Komanda çox güc sərf etdi, həm mənəvi, həm də fiziki cəhətdən. Bazar ertəsi növbəti oyunumuz var. Tez hazırlaşmalıyıq".
Artur Jorje "Qarabağ"ın futbolçusu Nəriman Axundzadənin "Braqa"ya vurduğu qolun ona daha çox təsir etdiyini söyləyib: "Heyətdə bəzi dəyişikliklər etmişdim. Buna məcbur idik. Heyətdə daha hazır oyunçular olmalı idi. Ümumi hesabı bərabərləşdirə bilmişdik. Mənə ən çox təsir edən buraxdığımız ikinci qol oldu. Belə səviyyəli yarışda belə qol buraxmaq, bağışlanmaz səhvdir".
"Portuqaliyada ilk oyunda azarkeşləriniz 4-cü qoldan sonra ağ bayraq qaldırmışdılar. Siz özünüz necə, bu nəticəyə görə ağ bayraq qaldıraraq istefa verməyi düşünürsünüzmü" sualına belə cavab verib: "Siz bütün mövsümü analiz edirsiniz, yoxsa bir oyunu? Nə deyim? Onu deyə bilərəm ki, mərhələni keçmək istəyirdik. Qalib gəldik, amma yetərli olmadı".
O, qonaqpərvərliyə görə Azərbaycana təşəkkür edib: "Qonaqpərvərliyə görə sizə təşəkkür edirəm. Hansı hisslərlə qayıdacağam? Təəssüf ki, Avropa Liqasını tərk edirik. Artıq yerli çempionata köklənəcəyik".
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video