“Baş məşçqi Miodraq Bojoviçin gəlişindən sonra komandamız daha yaxşı oyun göstərir. İnanıram ki, çalışdırıcımız növbəti qarşılaşmalarda uğur qazanmaq üçün bizə kömək edəcək”.
QOL.az "Azərtac"a istinadən xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Filip Ozobiç bu gün keçirilən mətbuat konfransında deyib.
Xorvatiyalı yarımmüdafiəçinin sözlərinə görə, komandasının Azərbaycan Premyer Liqasında ikinci yeri tutmaq şansı var: “Bizim üçün hazırda ən önəmlisi növbəti oyunlara tam hazırlaşmaqdır. Bununla daha yaxşı nəticələr əldə etmək olar. Oynadığım bütün klublarda həmişə öz potensialımın yüz faizini göstərməyə çalışmışam. Hamımız azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edirik”.
Azərbaycan millisinin də formasını geyinən oyunçu dilimizi öyrənməyə çalışdığını, lakin hələ sərbəst şəkildə danışa bilmədiyini söyləyib: “Mənim üçün rus dilində danışmaq daha asandır. İlk vaxtlarda Azərbaycan dilini öyrənməyə çalışmadım, çünki gördüm ki, burada rusca danışan insanlar çoxluq təşkil edir. Lakin bu dildə bəzi sözləri bilirəm. Himninizi, demək olar ki, oxumağı bacarıram. Amma bəzi sözləri deməkdə çətinlik çəkməyim normaldır”.

Futbolçu yığmanın UEFA Millətlər Liqasındakı rəqiblərini də dəyərləndirib: “Qrupumuzdakı komandaların iddialı olduğu qənaətindəyəm. Azərbaycan millisi getdikcə inkişaf edir. Estoniya ilə əvvəllər də oynamışıq. Düşünürəm ki, digər rəqiblərimiz – İsveç və Slovakiya ilə matçlarda yaxşı nəticələr əldə etmək olar”.
Martın 23-də Rusiyanın “Spartak” (Moskva) klubu ilə Bakıda keçiriləcək yoldaşlıq görüşü haqqında da danışan F.Ozobiç bu komandanın karyerasında xüsusi yeri olduğunu vurğulayıb: “Orada keçirdiyim günləri daima xatırlayacağam. “Spartak” Rusiyanın ən böyük klublarından biridir. Ümid edirəm ki, bu komanda ilə maraqlı qarşılaşma keçirəcəyik”.
O, hazırda “Dinamo” (Zaqreb) klubunda çıxış edən Mahir Emreli ilə Xorvatiyada cəmi bir dəfə görüşdüyünü əlavə edib: “Mahir mənə orada oynamaqdan razı olduğunu və hər şeyin qaydasında getdiyini bildirdi. Lakin düşünürəm ki, o, hazırkı klubunda hələ tam potensialını göstərə bilməyib”.
Daha əvvəl “Qarabağ”ın formasını da geyinən 33 yaşlı yarımmüdafiəçi Ağdam klubunun UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda Portuqaliyada “Braqa”ya qalib gəlməsinə münasibət bildirib: “Fikrimcə, bu qələbə təsadüf deyildi. “Qarabağ” uzun illərdir avrokuboklarda yaxşı nəticələrə imza atır. İnanıram ki, evdəki oyunda da qalib gələcəklər. Beş il bu klubda çıxış etmişəm. Lakin hazırda bütün diqqətimi “Neftçi”yə yönəltmişəm”.
Qeyd edək ki, Filip Ozobiç 2023-cü ilin yayından "Neftçi"də çıxış edir.
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
"Hədəf həm sınaq, həm də qələbədir" - Ayxan Abbasov
Ayxan Abbasov: "Elvin özünə yeni klub tapmalıdır" - Video
"İrəli xətdə hər kəsdən qol gözləyirik" - Siyasət Əsgərov
"Səbrli olun, ən yaxşı məşqçini seçəcəyik"
Verdiyi sual rəhbərliyi qəzəbləndirdi
"Ayntraxt"dan getsə, klub 60 milyon qazana bilər
Mourinyodan Türkiyəyə qarşı rəsmi şikayət
"Karvan-Yevlax" onunla yollarını ayırdı
"Sabah" millinin üzvü ilə müqaviləni uzatdı