Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" Portuqaliya "Braqa"sını qəbul edib. Matçda "Braqa" 3:2 hesabı ilə qalib gəlsə də, "Qarabağ" ilk görüşdə 4:2 hesablı möhtəşəm qələbə qazandığı üçün rəqibini üstələyib, 1/8 finala adlayıb və yeni tarix yazıb.
"Qalatasaray" isə səfərdə Çexiya "Sparta"sı ilə qarşılaşıb. İstanbul təmsilçisi ilk oyunda rəqibini 3:2 hesabı ilə məğlub etmişdi. Bu dəfə isə "aslanlar" 1:4 hesabı ilə uduzublar və Avropa Liqasında mübarizəni dayandırıblar.
"Frayburq" (Almaniya), "Qarabağ" (Azərbaycan), "Milan" (İtaliya), "Benfika" (Portuqaliya), "Roma" (İtaliya), "Marsel" (Fransa), "Sparta" (Çexiya) və "Sportinq" (Portuqaliya) komandaları mübarizəni 1/8 finalda davam etdirəcəklər.
22 fevral
21.45. "Frayburq" (Almaniya) - "Lans" (Fransa) - 3:2
Qollar: Sallai, 67, 90+2, Qreqoriç, 99 - Da Kosta, 28, Vahi, 45+2.
İlk oyun 0:0
21.45. "Qarabağ" (Azərbaycan) - "Braqa" (Portuqaliya) - 2:3
Qollar: Rojer Fernandes, 70 (0:1), Alvaro Djalo, 83 (0:1), Mateus Silva, 102 (1:2), Simon Banza, 115-pen. (1:3), Nəriman Axundzadə, 120+2 (2:3)
İlk oyun 4:2
21.45. "Renn" (Fransa) - "Milan" (İtaliya) - 3:2
Qollar: Buriqe, 11; 54-pen; 68-pen. - Yoviç, 22, Leao, 58.
İlk oyun 1:3
21.45. "Tuluza" (Fransa) - "Benfika" (Portuqaliya) - 0:0
İlk oyun 1:2
00.00. "Roma" (İtaliya) - "Feyenoord" (Niderland) - 1:1 (Penaltilər seriyası - 4:2)
Qollar: Pelleqrini, 15 - S.Ximenes, 5.
İlk oyun 1:1
00.00. "Marsel" (Fransa) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 3:1
Qollar: Obameyanq, 23, Sarr, 74. Kondoqbia, 81 - Sudakov, 12-pen.
İlk oyun 2:2
00.00. "Sparta" (Praqa, Çexiya) - "Qalatasaray" (Türkiyə) - 4:1
Qollar: Presiado, 8, Tuci, 74, Haraslin, 80, Kuxta, 90+6 - Bardakcı, 16
İlk oyun 2:3
00.00. "Sportinq" (Portuqaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:1
Qollar: Qyokeres, 13 - Qanvula, 84-pen.
İlk oyun 3:1.
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi
Bugünkü oyunları yayımlayacaq kanallar
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
Polşalı futbolçu faciəvi şəkildə dünyasını dəyişdi
Azərbaycan millisi Avropa çempionatında rekord vurdu
İsgəndər Cavadov Elxan Səmədovla görüşdü
Azərbaycan millisinin heyəti açıqlandı
Mahir və Abdullanın durumu bəlli oldu
“Mənfi rəylər məni daha da motivasiya edir” - Toral Bayramov
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
"Sabah"ın ÇL oyunları üçün 100 mindən çox bilet satılıb
Azərbaycan AVRO-2028-in pley-offuna çıxa bilər - Şərtlər
Musa Qurbanlı: "Bu oyundan dərs çıxarmalıyıq"
“Polşada xoşbəxtəm, məni yaxşı qəbul edirlər” - Mahir Emreli