“Maraqlı oyun olacaq. Rəqibimiz çox güclü komandadır. Biz də matça ciddi hazırlaşmışıq. Şansları bərabər dəyərləndirirəm. İlk oyunda qazandığımız 4:2 hesablı qələbə heç nəyi dəyişmir".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Juninyo Avropa Liqasının pley-off mərhələsinin "Braqa" ilə cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.
Juninyo qeyd edib ki, "Braqa" "Qarabağ"ın necə komanda olduğunu bilir: "Məncə, "Qarabağ" ilk oyunda "Braqa"nı təəccübləndirmədi. Onlar bizim necə komanda olduğumuzu bilirdilər, bizi tanıyırdılar və bizdən bu cür oyunu gözləyirdilər. Yəqin ki, "Braqa"nın sabahkı oyuna görə strategiyası olacaq və bunu görəcəyik".
Braziliyalı hücumçu Portuqaliya təmsilçisinin təhlükəli olduğunu bildirib: "Braqa"nın Avropa Liqasına Çempionlar Liqasından gəlməyi onların təhlükəli olduğunu göstərir. Öz azarkeşlərimizin qarşısında oynamağımız önəmlidir. "Braqa" yaxşı komandadır. Buna diqqət yetirməliyik. Ümid edirəm ki, maraqlı bir oyun olacaq".
Juninyo "Qarabağ"a tez uyğunlaşdığını da qeyd edib: "Qarabağ" uzun illərdir avrokuboklarda iştirak edir, Avropa təcrübəsi var. Tez bir zamanda bura uyğunlaşdım. Bunda məşqçi amili, oturuşmuş komanda faktoru var. İnanıram ki, azarkeşləri sevindirəcəyik".
Komandadakı ab-havadan da söz açan futbolçu rəqibin oyunçularının və baş məşqçisinin qələbə qazanacaqları haqda açıqlamalar verməsinin "Qarabağ"a təsir etmədiyini deyib: "Futbolçularımız oyuna kökləniblər. Komandamızda ab-hava yaxşıdır. İnanmıram ki, bu cür açıqlamalar bizə hansısa təsir göstərsin. Portuqaliyadakı oyun həm "Braqa" üçün, həm də bizim üçün çətin oldu. İnamlı qələbə qazandıq. Hər şey qarşılaşmadan asılı olacaq. Ümid edirəm ki, oyun bizim xeyrimizə başa çatacaq".
O, "Qarabağ" və "Braqa"nın mərhələ adlamaq şanslarını da dəyərləndirib: "Şansları 50/50-yə dəyərləndirirəm. Bura Avropa Liqasıdır, burada hər nəticə gözləniləndir. İlk oyunda 4:2 hesablı qələbə hələ heç nə demək deyil".
Qeyd edək ki, sabah keçiriləcək "Qarabağ" - "Braqa" matçı saat 21:45-də başlayacaq.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı