"Sabah"ın sabiq baş məşqçisi Murad Musayevin müsahibəsini təqdim edirik
- Bakıya qısamüddətlik səfəriniz nə ilə bağlı idi?
- Bakıda yalnız 1 gün oldum. Səfərim əşyalarımı yığmaq və bank məsələlərini bağlamaqla bağlı idi.
- Vəziyyəti soyuq başla analiz edəndə, gedişinizi nə ilə əlaqələndirərdiniz? Qərarınızda həlledici nə oldu?
- Ayrılmaq qərarı soyuq başla qəbul olundu. Komandada son aylarda baş verənlər məni qane etmirdi. İlk iki mövsümümdə həmfikirlərdən ibarət komanda yaratmağa, komanda sürətinə, aqressivliyinə və kombinasiyalı oyuna əsaslanan öz oyun üslubumuzu yaratmağa nail olduq. Bu, bizi Azərbaycanda hamıdan fərqləndirdi. Və işimiz nəticə ilə məmnunluq gətirdi. İndi ya iki mövsüm üzərində işlədiyimizdən əl çəkməklə oyun tərzini dəyişmək, ya da getmək lazım idi. Mən ikincini seçdim.
- “Sabah” gedişinizdən sonra uduzmur və hətta "Qarabağ"a 2 oyunda 7 qol vurdu. Həmin "Qarabağ" ki, 1 oyunda ondan elə 7 qol buraxmışdı və həmin 1:7-dən sonra istefa verdiniz. Keçmiş komandanızın nəticələrini necə qəbul etdiniz?
- Bu nəticələrə şadam. İndi bunun uğurlu olması vacibdir. “Sabah”ın bundan sonra qalib gəlməyə davam etməyi arzulayıram. Məşqçi gedəndə klub üçün çətin olur. Qısa müddətdə düzgün qərarlar qəbul etmək lazımdır.
- Keçmiş köməkçiniz Ruslan Qafitullin “Qarabağ”la oyunsonrası mətbuat konfransında bildirib ki, ola bilər Murad Musayevin tələbkar olması futbolçulara təsir göstərib, hazırkı baş məşqçi əvəzi olan İqor Ponomaryov isə 1:7-dən sonra futbolçulara sərbəstlik verib. Bu haqda şərhiniz maraqlıdır…
- Bəli, tələbkaram. Mənim anlayışımda çox və güclü çalışmaq lazımdır. Yalnız təklif etdiyimiz şeyi etsəniz, yaxşı nəticə və futbolçular üçün şəxsi inkişaf olacaq. Ən asan şey stress etməmək, axınla getmək və rahat yaşamaqdır. Zirvəyə qalxmaq və orda qalmaq üçün çox çalışmaq lazımdır. Hər oyunda 8 km qaçarkən qalib gəlmək və strukturdan ayrı meydanda mövcud olmaq mümkün deyil.
- Necə düşünürsünüz, "Sabah" ardıcıl 2-ci mövsüm Premyer Liqamızın medalçısı olaraq Konfrans Liqasına vəsiqə qazana biləcək?
- Üçüncü yer yaxındır. Təbii ki, kluba yalnız ən yaxşısını arzulayıram. Ümid edirəm ki, hər şey alınacaq.
- Gürcü hücumçu David Volkov gedişinizdən sonra “Zirə”yə qayıtmaq istəyirdi və bu, son anda baş tutmadı. Bilmək olar, sizin vaxtda qış fasiləsində belə variant vardı?
- Davidə “Zirə”dən yanvarda maraq vardı. Ancaq qərara gəldik ki, onu buraxmayacağıq.
- Rusiyadan, yaxud digər ölkələrdən təklifiniz var? Ən əsası, Azərbaycan millisinin boş qalan baş məşqçi postunu tutmaq təklifini alsanız, bunu qəbul edərsiniz?
- Millini çalışdırmaq böyük şərəf olardı. Başqa təkliflər haqqında deyiləsi bir şey yoxdur. İndi dincəlirəm, keçmiş və gələcək işlərin təhlilliylə məşğulam.
- “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində “Braqa”yla səfər matçını 4:2 hesablı qələbəsiylə bağlı nə deyə bilərsiniz?
- Oyunu izləməmişəm, şərh verə bilmərəm.
Mənbə: presssport.az
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı