“Hazırda klubsuzam. Futbol məktəbi açmışam. Bu işlərə başım qarışıb. Görək sonra necə olacaq”.
Bu sözləri QOL.az-a açıqlamasında “Qəbələ”nin sabiq qapıçısı David Petrzkeviç deyib.
Polşalı qolkiper Azərbaycanda “Qəbələ”dən əvvəl - 2012-2013 mövsümündə “Simurq”da çıxış edib. Petrzkeviç 2013-2014 mövsümü və 2015-2017-ci illərdə isə “Qəbələ”də oynayıb. Azərbaycandan getdikdən sonra Polşa klublarında çıxış edən qapıçı sabiq komandası "Qəbələ"nin hazırda çempionatda sonuncu pillədə olmasına təəssüfləndiyini bildirib:
“Düzünü desəm, vaxtım az olur. Ona görə də Azərbaycan çempionatı və “Qəbələ”nin nəticələri ilə maraqlanmıram. Yəni hazırda “Qəbələ”də kimlər oynayır, komanda necə çıxış edir, bunları bilmirəm. Amma onu bilirəm ki, “Qəbələ” hazırda sonuncu pillədədir. Buna çox təəssüflənirəm. Çünki “Qəbələ” həmişə yaxşı komanda kimi tanınıb. Orada güclü futbolçular çıxış edib. Həmişə klubda yaxşı nizam-intizam, komandada baxımlı futbol olub.

Düşünürəm və inanıram ki, komanda yenidən əvvəlki gücünü qaytaracaq, həmişə gördüyümüz “Qəbələ” olacaq. Bu komandanın 1-ci liqaya düşməsi çox üzücü olar. Mənə elə gəlir ki, “Qəbələ” özündə güc tapacaq və Premyer Liqada qalacaq. Belə komanda güclülər dəstəsində olmalıdır”.
36 yaşlı qolkiper “Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində səfərdə “Braqa”ya qalib gəlməsi (4:2) haqda da danışıb: “Qarabağ” həmişə güclü komanda olub. Onlar uğurları böyük olmayan büdcə ilə qazanıb. Mən deyərdim ki, “Qarabağ” Avropanın güclü komandalarından biridir. “Braqa” kimi bir Portuqaliya komandasına səfərdə 4:2 hesabı ilə qalib gəlmələri də bunu göstərir. Məncə, “Qarabağ” Bakıda da yaxşı oynayacaq və güclü rəqib olan “Braqa”nı mübarizədən kənarlaşdıracaq”.
Ramiq Ağaməmmədov
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər