“Bilirdik ki, çətin oyun olacaq. “Zirə" müdafiədə yaxşı oynayan, az qol buraxan komandadır”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 23-cü turunda “Zirə”ni 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis matçın əvvəlində bəxtlərinin gətirdiyini bildirib: “Rəqib oyuna çox fəal başladı. Rza ardıcıl 2 epizodda bizi xilas etdi. Bu baxımdan bəxtimiz gətirdi. Sonradan hesabı açdıq. Fasilədən sonra ikinci qolu vura bilərdik. Lakin bunu bacarmadıq, ona görə hakimin final fitini gərginlikdə gözlədik”.
O, son zamanlar sıx qrafikdə oynadıqlarını bildirib: “Son 28 gündə 7 oyuna çıxmışıq. Hər 4 gündən bir matç keçirdik. Mən komandaya gələndə zədəli oyunçuların sayı çox idi. Çempionatın startına 2 gün qalmış 2 transfer etdik. Eləcə də Ozobiç və Qarayev oktyabr, noyabrdan oynamırdı. Komandanın yaş faktoru da özünü göstərir. Bərpa üçün daha çox vaxt lazım gəlir”.
O bildirib ki, bugünkü matçda komandası üçün prioritet 3 xal idi: “Araz-Naxçıvan”a uduzandan sonra bizə qələbə çox lazım idi. Həm əhval-ruhiyyəni qaldırmaq, həm də özünəinamı bərpa etmək üçün. İndiki məqamda 3 xal bizim üçün çox vacibdir”.
O, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun hesaba alınmayan qollarla bağlı fikirlərini şərh etmək istəməyib.
“Neftçi”nin çalışdırıcısı “Sizcə, “Zirə” erkən qol vursaydı, oyunun taleyi necə olardı?” sualını belə cavablandırıb: “Bilmirəm nə deyim. Yəqin ki, çətin olardı. Bəzən bəxt də sənin yanında olmalıdır.
Bojoviç “Qarabağ”ın Avroliqada “Braqa” səfərində qazandığı qələbəyə də toxunub: “Nəticəyə görə sevinirəm. Çünki “Qarabağ” Azərbaycan futbolunu təmsil edir. Avropada istənilən qələbə Azərbaycandakı futbolun səviyyəsini qaldırır. Nə qədər burdayam, Azərbaycanın istənilən klubunun Avropadakı qələbəsini xoş qarşılayacam, onlara azarkeşlik edəcəm. Təbii ki, daxili çempionat matçları istisnadır”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər