“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 23-cü turunda “Neftçi”yə qarşı keçirilən oyundan danışıb.
QOL.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında mütəxəssis əvvəlcə komandasının 0:1 hesablı məğlubiyyətini şərh edib:
- Oyuna çox yaxşı başlamışdıq. Amma qapımızda erkən qol gördük. Rəqib ani diqqətsizlikdən, boşluqdan yararlandı. Sonra qol, qollar vursaq da, heç biri qeydə alınmadı. Futbolçularım bu gün qəhrəmancasına mübarizə aparırdılar. Onları bağrıma basıram. Sona kimi mübarizə aparmalıyıq, həm meydanda, həm meydandan kənar amillərlə. Möhkəm kollektivimiz var. Allahın izni ilə mövsümü istədiyimiz nəticəni başa vurarıq.
- Sizcə, oyunun nəticəsi ədalətli idi?
- Ən azı məğlub olmamalı idik. Matçın startında şanslarımız oldu. Xüsusən Utsiqin epizodu. Bu mövsüm "Neftçi" ilə oyunlarda çox ciddi şanssızlıqlar yaşayırıq. Ümumilikdə isə son turlar 6-7 qol vurmuşuq, amma heç biri hesaba alınmayıb.
- Hesaba alınmayan ilk qol epizodunu izlədiniz? Hakimin həmin qərarı nə dərəcədə doğrudur?
- Mənim fikrimcə, orda cərimə yox idi. Topa oynayan Qismət idi. Bu halda nə etməlidir Qismət, uçmalıdır? Bu qol bizim qapımıza vurulsaydı, VAR baş hakimi çağırmayacaqdı. VAR-da əyləşən kim idi? Yenə də Rəşad Əhmədov. “Sabah”la oyunda da VAR-da o idi. İnanın ki, ikinci vurduğumuz qolu “Neftçi” vursaydı, o da hesaba alınacaqdı. Sistem avtomatik deyil, əllədir. Həm də hakimi VAR-a çağırırsansa, avtomatik beynini çalxalandırırsan.
- Sanki Rəhim Sadıxovun oyununda eniş var...
- Rəhim son turlarda yaxşı performans göstərir. Bu gün onu start heyətində meydana buraxmaq istəyirdik. Sadəcə özünü çox yorğun hiss edirdi deyə oynamadı. Salifu da 3 gün qızdırmalı idi. Xüsusən hücum xəttindəki itkilərimiz davam edir. Başmızda gəlməyən hadisə qalmayıb. Xasiyyətimə görə deyə bilərəm ki, ancaq mübarizə aparmalıyıq. Oyundan razıyam. Deyə bilmirəm ki, zəif oynadıq. Ola bilər, 10 turda bəlkə “Turan Tovuz”la matçda bir qədər zəif təsir bağışlamışıq. Qalan görüşlərdə yaxşı oynamışıq. Vurulan qollarımız sayılmayıb, penaltilər verilməyib. 10 turda o qədər hadisə baş verib ki, futbolçularımı tənqid də edə bilmirəm.
- Bu gün müdafiədəki səhvləri Ruan Renatonun yoxluğu ilə əlaqələndirmək olar?
- Ruanın yoxluğu oyunumuza təsir etməyə bilməzdi. Mərkəz müdafiəçiləri ümumilikdə pis çıxış etmədilər. İbrahim Abbas top itkisinə yol verdi. Müdafiəçilər daha yaxşı olmalıdırlar. Bu cür qollar buraxmaq məyusedicidir. Amma biz 100 faizlik şansları boşa veririk. Top gah rəqib qapının başına, gah sinəsənə, gah ayağına dəyir, amma heç cür qapıdan keçmir. Qol vururuq, hesaba alınmır.
- Son 10 turda qələbə qazanmamağınızın əsas səbəbi hakim səhvləridir, yoxsa hücumçuların zəif çıxışı?
- Hücumçularımızın məhsuldarlığı aşağıdır, bu, məlum məsələdir. Çünki Orxan Əliyev, yaxud Ramalinqom 8-9 futbolçumuzdan çox qol vurubsa, deməli, məshuldarlığımız aşağıdır. 23 turda qol vurmayan, assist etməyən futbolçularımız var. Əsas problem son fazadadır. Harasa tələsirik sanki. Son anda düzgün qərar qəbul edə bilmirik. Ötürmə lazım olanda driblinq edirik, driblinq lazım olanda ötürmə veririk. Məşqləri də hücum üzərində qururuq.
- Matçın ilk 9 dəqiqəsində 4 qol epizodunu boşa verdiniz. “Neftçi”nin qapıçısının çıxışını necə qiymətləndirirsiniz?
- Rza gənc futbolçudur. Son turlar inamlı çıxış edir. Elə keçən il burda uduzanda da xeyli seyvləri vardı. Rza ən yaxşı oyunlarını bizə qarşı keçirir. Atanqana bizimlə matçda iki seyvi barmağının ucu ilə etdi. Hər dəfə nəyəsə təəccüblənirsən. İki qol vurduq, sayılmadı. Gələn dəfə gərək daha çox qol vuraq ki, bəlkə biri sayıla.
- Son turlar hakimlərdən tez-tez narazılıq edirsiniz. Bəlkə bu məqam əks təsir göstərir?
- Başqa məşqçilər məndən də çox etiraz edirlər, aqressiv danışırlar, video paylaşırlar. Onlarda niyə əks təsir göstərmir? Son 9 turun 6-da Rəşad Əhmədov bizim oyunlarda olub, ya baş hakim, ya VAR-da, ya da AVAR-da. Rəşad Əhmədov gedir, Rauf Cabbarov gəlir. Mən bu iki hakimdən qurtula bilmirəm. Allah bilir, mən niyə belə etdiklərinin səbəbini bilmirəm. Axirətdə biləcəyik. Amma düşüncəli, dərrakəli insanlar elə indi də hər şeyi görürlər, səbəbini bilirlər. Bizə qalan işimizi davam etdirməkdir.
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək