“Bugünkü matçla bağlı “Zirə” ilə oyundan sonra narahatıq var idi. Görüşün necə olacağını bilmirdik. Açığı, bərpa ola bilmədik. Bu da son zamanlar sıx qrafikdə oynamağımızla bağlı deyil. Futbolçular daha çox psixoloji cəhətdən yükləniblər. Buna baxmayaraq, nizam-intizamlı oynadıq və bir xal qazandıq. Buna görə futbolçularıma minnətdaram”.
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 23-cü turunda “Turan-Tovuz”a qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qolsuz heç-heçə ilə yekunlaşan görüşü (0:0) belə şərh edib: “Komanda həm nizam-intizamı əldən verməməyə çalışırdı, həm də verilən tapşırıqları yerinə yetirməyə. Biz artıq rəqiblər üçün açıq kitabıq. Çünki hər oyuna eyni 11-liklə başlayırıq, sonra da 2-3 futbolçu meydana daxil olur. Bugünkü çıxışımız qələbə üçün yetərli deyildi. Növbəti matçlarda hazırkı mövqeyimizi qorumaq üçün əlimizdən gələni edəcəyik”.
O, heyətin kasad olduğunu vurğulayıb: “Turan Tovuz” turnir cədvəlində bizdən aşağıda qərarlaşsa da, hər mövqedə yetərincə oyunçuları var. Bizdə isə vəziyyət fərqlidir. Bunun əziyyətini çəkirik. Transfer məsələsi tək məşqçiyə aid deyil. Bu, klubun siyasətidir. Söhbət tək bizdən getmir, ümumi Azərbaycan futboluna aiddir. Transfer klubun imkanlarına görə reallaşır. Bu il biz başımızdan yuxarı tullanmışıq. Ola bilər klub olaraq buna hazır deyilik”.
O bildirib ki, transfer oldu-olmadı hazırkı mövqeni qorumaq üçün çalışacaqlar: “Azarkeşlərə bir şeyə söz verə bilərəm ki, hazırkı yerimizi qorumaq üçün sona qədər çalışacağıq. Transfer etmədən, bu uşaqlarla olsa belə. Sadəcə demək istəyirəm ki, bu cür əziyyətli oyunlarımız olacaq. Futbolçularım robot deyillər. Fiziki durumu bir kənara qoyaq, onu birtəhər düzəltmək olar. Amma psixoloji cəhətdən futbolçunu hazırlamaq çox çətindir. Biz bu gün udmaq üçün heç nə etmədik”.
S.Abbasov klub rəhbərliyinin də transfer reallaşdırmaq üçün əlindən gələni etdiyini bildirib: “Transfer istəyirik. Klub rəhbərliyi də çalışır. Sadəcə imkan daxilində hər şeyi nəzərə almalıyıq. Ola bilər mən istədiyim futbolçu bir az baha olsun, yaxud əksinə. Azərbaycanda insanlarda düzgün fikir formalaşmayıb. Samir müəllim gedib Portuqaliyadan qoltuğuna futbolçu vurub gətirməli deyil”.
S.Abbasov “Turan Tovuz”la matçda rəqibə fərqlənmək üçün çox şans vermədiklərini söyləyib: “Tək “Qarabağ”la yox, hər oyundan qabaq komandanı toparlayacağıq. Sadəcə bəzi məqamlar var ki, onları nəzərə almaq lazımdır. Bizdə bu cür matçlar olacaq. Əsas odur ki, psixoloji cəhətdən yorğunluq olsa da, futbolçular ən azından müdafiədə səhv etməməyə çalışırlar. Bu gün də bunu komanda etdi. Rəqibə elə də çox şans vermədik. Eləcə də özümüzün də qol imkanımız çox olmadı. Bəlkə də milinin oyunları üçün yaranacaq fasilədə hər şey yoluna düşəcək”.
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası
Vasili Berezutski istefaya göndərildi
"Benfika"dan "Trabzonspor"a
Daha iki legioner "Karvan-Yevlax"ı tərk etdi
"Mourinyo ilə müqavilə artıq yekunlaşdırılıb" - Peres
Liqa 1 klubu baş məşqçisi ilə yolları ayırdı
Millimizin finaldakı qələbəsi və çempionluq sevinci - Video
İspaniya millisi İraqla bacarmadı
“Liverpul” yeni baş məşqçisini açıqladı
Azərbaycan minifutbol millisi ikiqat Avropa çempionu oldu!
A seriyası klubu baş məşqçisini göndərdi
"Tottenhem"in təklifini rədd etdi
Mühüm islahatlara imza atan rəhbər vəzifəsini tərk edəcək