"Qarabağ"ın 3 futbolçusu rəmzi komandada - Şəkil

"Qarabağ"ın 3 futbolçusu rəmzi komandada - Şəkil
ÖLKƏ FUTBOLU 16 Fevral 2024 / 13:28 7594
-  A +

"Sofascore" statistik portalı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunlarının rəmzi komandasını açıqlayıb.

QOL.az xəbər verir ki, rəmzi 11-likdə "Qarabağ"ın 3 futbolçusu yer alıb. Bunlar qapıçı Andrey Lunyov, yarımmüdafiəçilər Marko Yankoviç və Abdullah Zubirdir.

Lunyovun çıxışı 7,9, Yankoviçin 8,0, Zubirin oyunu isə 9,0 xalla qiymətləndirilib. 

Xatırladaq ki, "Qarabağ" Portuqaliyada "Braqa"ya 4:2 hesabı ilə qalib gəlib. Zubir bu oyunda 2 qol vurub, 1 qol ötürməsi edib. Yankoviç isə penaltidən rəqib qapısına yol tapıb.

Daha çox


Son xəbərlər