"Braqa"nın baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində evdə "Qarabağ"a uduzduqları matçdan (2:4) sonra mətbuat konfransında iştirak edib.
QOL.az xəbər verir ki, o, oyun haqqında danışarkən bu məğlubiyyətin çox ağır olduğunu söyləyib: “Əslində bunu izah etmək çox çətindir. Ağır bir məğlubiyyətdir. Həqiqət budur ki, bəzi narahatlıqlar hiss etdik. Bir araya gəlməliyik, qopmamalıyıq. Biz dərhal bu yanaşmanı tətbiq edəcəyik. Uduzduq və ümumi hesabda geridəyik. Lakin gələn həftənin cümə axşamı günü cavab oyunu var. Biz buna psixoloji cəhətdən hazırlaşmalıyıq".
Mütəxəssis təcrübəli futbolçusu Joao Moutinyonun penaltidən fərqlənməsi haqqında da fikirlərini söyləyib: “Bu qol fərqi aradan qaldırmır. Çünki bu, təbii ki, istədiyimiz nəticə deyildi. İndi fərq bir az azalıb. Mərhələ adlamaq üçün səfərdə 3 top fərqi ilə qalib gəlmək lazım olacaq. Bu, çox çətindir. Bugünkü oyun da çətin keçdi. Bizim üzərimizə böyük məsuliyyət düşür”.
Artur Jorje azarkeşlərin etiraz etməsinə və narazılığına da toxunub: "Biz də bu barədə düşünməliyik. Azarkeşlərin bu gün Braqada baş verənlərə qəzəbləndiyini gördük. Üsyan ilk növbədə məşqçiyə qarşı olur. Çünki bu məqamlarda məsuliyyət daşıyan məşqçidir. Mən bunu başa düşürəm. Narazılıq, məyusluq, hətta kədər hiss edirəm. Mən yalnız söz verə bilərəm ki, biz daha çox çalışacağıq. Daha çox iş görməliyik ki, azarkeşlər üsyan etmək əvəzinə yanımızda olsunlar”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 22-də Bakıda keçiriləcək.
P.S. Mətbuat konfransı Etopaz-ın sponsoruğu ilə hazırlanıb
Ronaldodan maraqlı jest
1000-ə nə qaldı ki?! Ronaldodan 982-ci qol… - Video
Zirədəki 5 qol - Video
"Hücum xəttimizi gücləndirməliyik” - Rəşad Sadıqov
Kandido: “Bu, utancverici məğlubiyyətdir”
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi
Ronaldo 982-ci qolunu vurdu
PSJ – “Lion” matçı təxirə salındı
Azərbaycanın 3 boksçusu Avropa çempionatının finalında
"Qəbələ" 3 xalı bu qollarla qazandı - Video
Bekiri: “Qarabağ”dan öyrənəcəyimiz çox şey var”
Maksimov: “Hazırda heç nəyi dəyişə bilmərik”
"Zirə" - "Sumqayıt": Heyətlər
İğtişaşlara görə PSJ - "Lion" matçının vaxtı dəyişdirildi
Asiya Kuboku ilə bağlı mühüm qərar
Qitələrarası Kubokunun finalının tarixi və yeri açıqlandı
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
Hövsan dünya çempionatına tam hazırdır - Şəkillər
Azərbaycan klubunun rəhbərinə 4 oyunluq cəza verildi
İldə 50 kitab oxuyur - Şəkillər
40 yaşlı Musleradan möhtəşəm çıxış
Keyn mövsümün ən yaxşı oyunçusu seçildi
Arsen Venger Bakıya gəldi
“Əbədi qəlbimizdə” - Şəkil
"Real" Arda ilə yeni müqavilə imzaladı
Famil Xəlilov: “Məqsədimiz təkcə nəticə deyil”
Konfrans Liqasında gecənin nəticələri
"Beşiktaş" və "Yuventus"dan heç-heçə, "Milan" uduzdu
Bruno Fernandeşin evi qarət edildi
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video