"Əvvəlcə futbolçularımı təbrik edirəm. Çox ciddi rəqibə qarşı oynadıq. "Braqa" sürətli futbolçuları olan komandadır. Futbolçularım çox yoruldular, əziyyət çəkdilər. Matç 4:2 hesabı ilə başa çatdı. Amma bu hələ ilk hissədir".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Braqa"nı səfərdə 4:2 hesabı ilə məğlub etməkləri barədə danışarkən deyib.
O, oyundan sonra təşkil olunan mətbuat konfransında bildirib: "Bu cür komandalar belə turnirlərdə istənilən nəticəni öz xeyirlərinə dəyişə bilərlər. Ona görə də biz arxayınlaşmamalıyıq, cavab oyununda daha ciddi olmalıyıq. Vaxtımız olacaq. Matçı analiz etməli, daha məsuliyyətli olmalıyıq".
Mütəxəssis görüşdən əvvəl "Braqa"nın favorit hesab olunması baxımından 4:2 hesablı qələbənin sensasiya yaradıb-yaratmaması barədə bunları söyləyib: "Proqnozlara fikir vermirəm. Real baxsaq, bəlkə favorit hesab edənlərin fikri düzdür. Bu gün həm reytinqə, həm də komandanın çıxış etdiyi çempionata görə, bu fikirlər normaldır. Amma mən bildirmişdim ki, bizim də xeyli təcrübəmiz var. Həm Bakıda, həm səfərdə vacib görüşlərimiz olub. Futbolçularımızın təcrübəsi artıb. İnanırdıq. Əlbəttə ki, bəlkə də 4 qol vurarıq deyə düşünmürdük. Amma futbolçularımızdan tələbimiz odur ki, hər hücumda daha keyfiyyətli olsunlar. Allaha şükürlər olsun, oyun pis alınmadı".
O, 4:2 hesablı qələbəyə baxmayaraq, hər iki komandanın mərhələ adlamaq şanslarının bərabər olduğunu söyləyib: "Bu o demək deyil ki, mərhələnin taleyi həll olunub. Məncə, şanslar 50/50-yədir. Bunu da ona görə deyirəm ki, Bakıda oynayacağıq. Belə turnirlərdə çox dəyişikliklər görmüşük. Daha soyuqqanlı olmalıyıq. Oyuna düzgün yanaşmağı fikirləşməliyik. Cütün taleyi həll olunub deyə düşünməməliyik. Bu, futbolçulara əks-təsir göstərə bilər. Qarşımızda "Braqa" var. Onların çox güclü futbolçuları var. Bakıda daha diqqətli olmalıyıq. Matçın taleyi Bakıda həll olunacaq".
Q.Qurbanov komandanın son görüşlərdə buraxdığı qollara və müdafiəçilərin oyununa da toxunub: "Transfer pəncərəsi bağlanıb. Transfer edə bilmərik. Amma son oyunlarda bu qədər qol buraxılmasını istəməzdim. Məşqlərdə çalışırıq, bunun üzərində işləyirik. Bugünkü iki qol isə standart vəziyyətlərdən vuruldu. Hər bir halda qapımızda qol görürüksə, deməli, müdafiəyə diqqətli yanaşmalıyıq. Kollektiv şəkildə ciddi olmalıyıq"
Baş məşqçi futbolçusu Nəriman Axundzadənin oyun zamanı qol şansını əldən verməsindən və buna görə də ağlamasından danışıb: "Nərimanla ayrılıqda danışmamışam. Paltardəyişmə otağına gələndə də onu görmədim. Yəqin ki, gizlənirdi. Deyəsən, hətta oyunda da ağlayırdı. Fikri o epizodda qalmışdı. Əgər məsələyə bu cür yanaşdısa, deməli, çox böyük məsuliyyət dərk edir. Mən buna ancaq sevinirəm. Bəlkə də o qolu vursaydı, daha gec böyüyərdi. Məncə indi daha çox böyüyəcək, öz üzərində işləyəcək. Mütləq onunla danışacağam. Hər şey pozitiv notlarla yekunlaşacaq".
Mütəxəssis oyundan sonra komanda ilə dövrə vurarkən futbolçularına hansı sözləri dediyini açıqlamaq istəməyib: "Bəlkə, Bakıdakı oyundan sonra bu barədə danışaram".
Mütəxəssis "Bu gün "Braqa"nın qapısına 4 qol vuruldu. Bu 4 qol hansı keyfiyyətlərin hesabına vuruldu" sualını cavablandırıb: "Bu cür matçlardan sonra çox danışmaq istəmirəm. Sadəcə bizim tutduğumuz bir yol var. Biz rəqiblərə çox hörmətlə yanaşırıq. Hər bir komandaya. Əgər bizdən üstündürlərsə, biz bunu qəbul edirik. Amma bu o demək deyil ki, biz bacarıqsızıq. Futbolçularda inam, təcrübə var. İşgüzardırlar. Bəzən belə nəticələr alınır, bəzən alınmır, rəqibdə daha çox alınır. Ola bilər ki, keyfiyyət baxımından onlar daha üstündürlər. Bu gün onlar edə bilmədi, biz etdik - bu o demək deyil ki, biz Bakıda da bacaracağıq. Futbolçular çox əziyyət çəkdilər. Allah həmişə əziyyət çəkənin haqqını verir. Biz daha da irəliyə getmək istəyirik. Meydana çıxırıq, çox risklər edirik. Bəzən alınır, bəzən heç alınmır. Çünki rəqib də bundan məharətlə istifadə edə bilir. Çox danışmaq istəmirəm. Çünki qələbənin məğlubiyyət tərəfi də var. Bu cür oyunlar həm mənə, həm futbolçulara, həm də ümumilikdə ölkə futbluna inam verir. Çox çalışsaq, belə turnirlərdə nəticə əldə edə bilərik".
O, mətbuatda və sosial şəbəkələrdə bu qələbədən çox danışılmasının komandada eyforiya yaratmaması üçün futbolçularla söhbətlər edəcəyini vurğulayıb: "Mənim ən çox narahat olduğum tərəf budur. Mən çox istəyərdim ki, biz belə hadisələrə öyrəşək. Böyük klublar buna alışıblar. Onlar illərdir ki, belə uğurlar əldə edirlər. Yazılar onlara təsir etmir. Ola bilər ki, bizə təsir etsin. İlk dəfədir ki, pley-offda oynayırıq. Mərhələni keçsək, yenə ilk olacaq. Başa düşürəm, bu, istəkdən irəli gəlir. Hər bir halda ehtiyatlı olsaq, daha yaxşıdır. Qarşımızda çox ciddi rəqib var. Siz yazsanız da, mən futbolçulara daha çox vaxt ayıracağam ki, onlara təsir etməsin. Başa düşürəm, qələbədən danışmaq sizin də haqqınızdır, azarkeşlərin də haqqıdır. Fikirlər fərqlidir. Bu normaldır. Qələbədən çox danışılsa belə, yenə də bu, bizə kömək edəcək. Futbolçular anlamalıdırlar ki, belə fikirlər tələb deyil. Əsas olan istək və arzudur. İstənilən halda oyuna psixoloji tərəfdən vaxt ayırmağımız vacib olacaq".
Q.Qurbanov sonda "Braqa" ilə "Qarabağ" arasındakı maliyyə fərqi ilə əlaqədar verilən sualı cavablandırıb: "Mən klubları pulla analiz etmirəm. Yan-yana qoymaq istəmərəm. Onların imkanı bu qədərdirsə, aydındır ki, hər bir elementdə bizdən yüksəkdədirlər. Amma futbol elə bir yerə gəlib çıxıb ki, hər oyunda fərqli nəticə ola bilər. Son vaxtlarda futbolda böyükhesablı qələbələr olur. Hər bir halda mən işə sevgi ilə yanaşıram. Futbolçulara da bunu tövsiyə edirəm. Əlbəttə ki, hamıya pul lazımdır. Böyük pullarla daha davamiyyətli iş qurmaq olar. Məsələn, biz bu gün məğlub ola bilərik. Amma böyük pullarla 3-5 il sonra daha yaxşı işlər görmək mümkündür. Bizim gözümüz daha böyük pullarda deyilsə, çox çalışırıqsa, hansısa bir mərhələdə nəticə qazanacağıq. Daha keyfiyyətli klub olmaq üçün, əlbəttə ki, böyük büdcəyə ehtiyac var. Lakin bəzən olur ki, hansısa kluba böyük büdcə qoyulur, amma nəticə olmur. Bəzən də az-az, zamanla keyfiyyət əldə edilir. Bu da sevgidən asılıdır. Futbolçular əziyyət çəkdilər. Bu da Allahın hədiyyəsidir".
P.S. Mətbuat konfransı Etopaz-ın sponsoruğu ilə hazırlanıb
Ronaldo titulsuz qaldı
PSJ tarixinin rekord gəliri
"Karvan-Yevlax"ı 1/8 finala aparan qələbə - Video
"San Siro"nun gələcəyi həll olunur
“Bu, əsl kubok oyunu idi" - "İmişli"nin baş məşqçisi
"Turan Tovuz" "Dinamo"nu belə darmadağın etdi - Video
"Qarabağ" PFL-ə müraciət etdi
"Kuboku qazanmağa çalışacağıq" - Kurban Berdıyev
UEFA-dan Asim Xudiyevə növbəti təyinat
"Kəpəz" - "Ağstafa Gəncləri" oyunundakı 7 qol - Video
Azər Bağırov 6:1-i şərh etdi
"Qarabağ" - "Çelsi" matçının biletləri satışa çıxarılır
"İnter"in qapıçısı maşınla adam vurub öldürdü
"Bayer"də ciddi itki
Messi DÇ-2026-da oynamaq istədiyini açıqladı
Vinisius “Real”dan ayrılmağı düşünür
Yeni baş məşqçi Volkan Demirel olacaq - Rəsmi
"Real"ın kapitanı dizindən əməliyyat ediləcək
Premyer Liqa klubunda yeni müqavilə
"Çempionatın səviyyəsi artıb" - "Turan Tovuz"un legioneri
Futzal millimizin heyəti açıqlandı
Qurban Qurbanovun haqlı narazılığı - Video
"Seltik" Brendan Rocersi istefaya göndərdi
Taliskadan 2 gözəl qol, "Fənərbaxça"dan darmadağın - Video
“Kəpəz” legioneri ilə yollarını ayırıb
Qazaxıstan millisinin sabiq qapıçısı vəfat edib
Superliqada 10-cu tura yekun vuruldu
“Turan Tovuz” Berdıyevlə müqaviləni uzadıb - Rusiya mətbuatı
Azərbaycan güləşçisindən bürünc medal - Dünya çempionatı
Sergey Milinkoviçlə müqavilə imzalandı
"Qəbələ" və "Zirə"nin əvəzedicilərindən böyükhesablı qələbə
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
London klubu Kante ilə yeni müqavilə imzaladı
"Qızlar xarakter göstərdilər" - Siyasət Əsgərov
İqor Tudor “Yuventus”dan qovuldu
U-17 millimiz rəqibinə böyük hesabla məğlub oldu
Azərbaycan millisi Qazaxıstana yenə qalib gəldi
Vinisiusdan Yamala sərt sözlər
Azərbaycanda UEFA Pro kursunun IV mərhələsi başladı
Türkiyə klublarının Avropa qazancı
Kovaçiç “Mançester Siti”dən ayrılır?
Alvaro Karreras Yamalın driblinqinə münasibət bildirdi
İqor Tudorun “Yuventus”dakı gələcəyi sual altındadır
Azərbaycan kubokunun adı dəyişdirildi