"Komandamızda Portuqaliya təcrübəsi olan bir neçə futbolçu var. "Braqa"nın necə güclü komanda olduğunu bilirik. Rəqib topla oynamağı sevir. Bununla belə çalışacağıq ki, layiqli mübarizə aparaq və baxımlı futbol göstərək".
QOl.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Julio Romao UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə keçiriləcək oyun öncəsi təşkil edilən mətbuat konfransında deyib.
Braziliyalı yarımmüdafiəçi hər iki komandanın qələbə qazanmaq şansının olduğunu bildirib: "Oyunun nəticəsini detallar həll edəcək. "Braqa" kimi biz də qalib gələ bilərik. "Braqa" ciddi rəqibdir. Amma bura Avropa Liqasıdır. Rəqibi tanımaq üçün kifayət qədər vaxtımız olub. Hər iki komanda qələbə qazanmaq iqtidarındadır".
Portuqaliyada çıxış etmiş Romao baş məşqçisi Qurban Qurbanovun ondan "Braqa" ilə bağlı məlumat almadığını qeyd edib: "Şəxsən məndən heç nə soruşmayıb. Rəqibin oyunlarını izləmişik. Baş məşqçimiz bildirdi ki, "Braqa" sürətli, və hücumameyilli futbol sərgiləyən komandadır".
Romao portuqaliyalılar üçün "Qarabağ"ı belə xarakterizə edib: "Həm ölkə çempionatında, həm də avrokuboklarda topu ələ keçirən kimi dərhal sürətli hücumlara çıxırıq. Bu, bizim ən təhlükəli tərəflərimizdən biridir. Ölkə çempionatında rəqiblər öz meydançalarına qapanan zaman topa nəzarət və əks-hücumlardan istifadə edirik".
Romao "Braqa"da ən çox kimdən təhlükə gözləyirsiniz" sualını da cavablandırıb: "Ən təhlükəli oyunçu Əl-Musratini hesab edirdim. Artıq o komandanı tərk edib. Amma Calo və Bruma da təhlükəlidir. Həm hücumda, həm müdafiədə komandaya kömək edirlər".
Romao bu mövsüm qrupda qarşılaşdıqları "Bayer"lə "Braqa"nı müqayisə edib: "Bayer"in topa nəzarəti, rəqibə etdiyi pressinq çox möhtəşəmdir. Hər hansı bir müqayisə edə bilmərəm. Amma "Braqa" da illər boyu adını, nüfuzunu saxlamış komandadır. "Bayer"lə oyunda çəkdiyimiz çətinliyi sabah da çəkəcəyimizə inanmıram".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər