"Bizi çətin oyun gözləyir. Ciddi rəqibə qarşı oynayacağıq. Bugünkü hazırlığımız pis keçmədi. Son illərin ən sürətli, dinamik futbol oynayan komandası ilə qarşılaşacağıq. Futbolçularımın hazırlığı yaxşı səviyyədədir. İnanıram ki, sabah yaxşı mübarizə apara biləcəyik. İstəkliyik. Rəqibə böyük dəyər veririk. İnanırıq ki, bu komandaya qarşı yaxşı, maraqlı futbol oynamağı bacaracaqlar".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.
O, "Braqa"nın heyətinin dəyərinin yüksək olmasının futbolçularına hansısa mənfi təsir edib-etməməsi ilə bağlı bildirib: "Müqayisələrdən keçib. Ümumiyyətlə, biz illər boyu belə hallarla rastlaşmışıq. Avropada futbol sürətlə inkişaf edir, böyük sərmayələr qoyulur, işlər gedir. Düzdür, bizə təsiri olacaq. Çünki bu futbolçular illərlə eyni sürətdə oynayırlar. Bu cür komandalar üçün belə turnirlərdə oynamaq daha asandır. Amma bizim də təcrübəmiz az deyil. Belə müqayisələri futbolçuların beyninə salmaq istəmirik. Əlimizə düşən şanslardan yararlanmağa çalışacağıq. Bəzən təcrübə alınır, düşündüklərin yox. Klub, ölkə futbolu olaraq səviyyə fərqi çoxdur. Bunları düşünməyərək, oyuna yaxşı fonda hazırlaşmağa çalışırıq".
Mütəxəssis ciddi rəqibə qarşı oynayacaqlarını söyləyib: "Bir komanda il boyu eyni səviyyədə ola bilməz. Çünki qarşısında daima onları təhlil edən komanda olur. Son oyunlarda bizim də problemlərimiz olub. Lakin o demək deyil ki, sabah bunlar təkrarlanacaq. Və ya "Braqa" tərəfdən. Heç nəyə aldanmalı deyilik, real olmalıyıq. "Braqa"nı necə tanıyırıq, onların hansı keyfiyyətləri varsa, düzgün yanaşmalıyıq. Arxayınlıq olsa, bizim üçün böyük problem ola bilər. Rəqibimiz istəklidir. Baş məşqçilərinin də açıqlamalarına baxdım, oyuna ciddi yanaşır, bizə dəyər verirlər. Bunlar qarşılıqlıdır. Onlar "Sportinq"ə böyük hesablı məğlubiyyəti unutdurmağa şansları var. Bundan istifadə etməyə çalışacaqlar. Statistikanı düşünmürük. Əsl "Braqa"nı fikirləşərək, meydana çıxmalıyıq".
Q.Qurbanov mərhələ adlamaq şanslarını belə qiymətləndirib: "Faiz olaraq deməzdim. Real baxsaq, üstünlük "Braqa" tərəfdədir. Amma biz də bu gün bununla razılaşmırıq. Çalışacağıq ki, meydanda öz işimizi görək".
P.S. Mətbuat konfransı Etopaz-ın sponsoruğu ilə hazırlanıb
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər