"Braqa" favoritdir, lakin onlar oyuna peşəkar şəkildə baxmalıdırlar. Asan bir oyun olmayacaq".
QOL.az xəbər verir ki, bu sözləri "Zirə"nin portuqaliyalı qapıçısı Tiaqo Silva “zerozero.pt” nəşrinə müsahibəsində deyib.
UEFA Avropa Liqasının pley-offunda keçiriləcək "Braqa" - "Qarabağ" oyunu öncəsi ölkəsinin mətbuatına danışan Silva qeyd edib: "Bakıda "Qarabağ"ın yaxşı nəticə əldə etmək şansı daha çoxdur. Çünki "Braqa" yorğun gələcək. Səyahət uzundur. Bilmirəm, birbaşa uçuş olacaq, ya yox. Normalda belə uçuş yoxdur. Ona görə də səfər 9-10 saat çəkir. Braqada isə "Qarabağ"ın qarşısında çətin tapşırıq olacaq. Çünki stadionda ab-hava tamam başqadır. Azərbaycanda o qədər azarkeş olmur".
Tiaqo Silva Bakının çox küləkli olduğunu və buna görə "Braqa"nın çətinlik çəkə biləcəyini də söyləyib: "Son bir neçə gündə hava yaxşılaşıb, lakin hər an küləkli gün gələ bilər. Bu, oyuna çox çətinliklər yaradır. Soyuqlara dözmək olar, amma küləklə çətindir. Bəzən elə külək olur ki, topu irəli vururuq, geri qayıdır. Belə bir gün olarsa, cəlbedici oyun olmayacaq. Amma o vaxta qədər havanın daha yaxşı olacağına inanıram”.
Portuqaliyalı qolkiper "Qarabağ"ın "Braqa" ilə görüşdə qapalı oynayacağını düşünür: “Qarabağ” yerli çempionatda fərqli oyun göstərir. Onlar topla daha çox oynayır, hücumlar təşkil edirlər. Avrokuboklarda isə əks-hücumlarda çox güclüdürlər. Ön xətdə çox sürətli oyunçuları var və manevr etmək üçün yer olsa, bunu edəcəklər. Düşünürəm ki, "Braqa" ilə görüşdə "Bayer"lə matçda olduğu kimi, çox qapalı oynayacaqlar".
Silva "Qarabağ"ın müəyyən çətinliklə üzləşəcəyini də bildirib: “Qarabağ”ın futbolçuları yüksək intensivliyə, sürətli oyuna öyrəşməyiblər. Portuqaliyada çempionatda 30 gərgin oyun olursa, burada belə deyil. “Qarabağ”ın bizə, “Sabah” və “Neftçi”yə qarşı oyunları daha gərgin olur. Digər komandalar isə çox qapalı və ləng oynayır. "Braqa" çox yaxşı hücum xəttinə sahibdir və düşünürəm ki, “Qarabağ”ın müdafiəsi çətin anlar yaşayacaq. Onlar tez-tez təkbətək oynamağa öyrəşməyiblər”.
Silva Ağdam təmsilçisinin "Braqa" ilə matçda yaxşı hazırlaşdığını vurğulayıb: “Qarabağ" yanvar ayından çox motivasiyalı və tam konsentrə olub. Həmin vaxt onlarla yoxlama oyunu keçirdik. Artıq o zaman "Braqa"dan danışırdılar. "Qarabağ" püşkatmanın nəticəsini öyrənəndən bəri bu qarşılaşmaya hazırlaşır. Onlar çox məşq edirlər, yaxşı hazırlaşırlar və siz onları aldada bilməzsiniz”.
Silva Azərbaycanda komandaların mentalitet baxımından bir az zəif olduğunu da qeyd edib: "Mən gələndə ilk oyunumuz “Qarabağ”a qarşı oldu. Yadımdadır, mövsümöncəsi Türkiyədə idik və komandamızda artıq bu rəqibə qalib gəlməyin mümkün olmadığını, "Qarabağ"ın başqa səviyyə olduğunu deyirdilər. Dedim ki, niyə bu mümkün deyil? Onların da bizim kimi iki ayağı və iki qolu var. Hər şey mümkündür. Və ilk matçda qalib gəldik.
“Qarabağ” Azərbaycanda ən yaxşı komandadır və onlara hörmət edilməlidir. Əslində biz düşüncəni bir az dəyişib onlarla baş-başa mübarizə apara bilərik. Onların bizdən üstün olduğunu düşünmürəm, amma imkanları daha çox olduğu üçün stabil oynayırlar. Onlar titul uğrunda mübarizə aparmaq üçün iki heyət formalaşdıra biliblər. Bizim heyətmiz elə deyil".
Silva Azərbaycan və Portuqaliya futbolunu müqayisə edib: “Burada futbol yaxşı, pozitiv və sağlamdır. Düzdür, Portuqaliyadakı qədər rəqabət yoxdur. Sizə bir misal deyim: Bizdə bütün komandalar üçün məşq kompleksi var. Azərbaycanda isə həftə sonu oynayacağın rəqibin yanında məşq edirsən. Klublar arasında yaxşı münasibətlər var. "Qarabağ"ın avrokuboklardakı çıxışı zamanı bütün komandalar onları dəstəkləyir".
Azərbaycan futbolunun inkişafı üçün nə etmək lazımdır sualına isə Silva belə cavab verib: “İnsanları stadionları doldurmaq üçün səfərbər etmək lazımdır. Hələ də azarkeşlər azdır. Futbol yaxşıdır, amma burada daha bir səviyyəyə çatmaq istəyirlərsə, məncə, buna bir neçə il ərzində nail ola bilərlər. Çünki işləmək üçün şərait var, daha çox insanı futbola cəlb etməlidirlər. Stadionlar boşdur. Azarkeşlər ancaq “Qarabağ” və “Neftçi”nin oynadığı matçlara gəlirlər. Amma hətta bu halda da söhbət 2-3 min nəfərdən gedir.
Azərbaycanda insanlar boks, MMA və Formula 1-i çox sevirlər. Nəticədə futbolu bir az kənara qoyurlar. Amma vəziyyəti dəyişməyə çalışanlar da var. “Sabah” bu istiqamətdə böyük işlər görür. Onların artıq matçlar öncəsi fan zonası var, daha çox tamaşaçı cəlb etmək üçün impuls yaradırlar. Bu mənada onlar hamıdan öndədirlər”.
"Real" hakimlik islahatlarından imtina etdi
"Hər oyun bizim üçün final kimidir" - Yuri Vernidub
Torres dubl etdi, "Barselona" qələbə qazandı
"Avrokubok üçün mübarizə davam edir" - Vadar Nuriyev
"İnter"ə keçə bilər
"Sabah" - "Zirə" matçında vurulan 4 qol - Video
"Neftçi"dən qələbə, "Qarabağ" və "Sabah" xal itirdi
Yamal yenə rəqiblərini geridə qoydu
"1 xal üçün çox sevinirik" - Rəşad Sadıqov
Premyer Liqada rekorda imza atdı
"Yuventus"u çətin sınaq gözləyir
"Şamaxı" - "Qarabağ" matçından - Video
"Bəlkə də ilk dəfədir çalışdığım klubdan rahat gedirəm"
"Neftçi" - "Araz-Naxçıvan": Heyətlər
Milliyə kimlər çağırıldı?
"Təkliflər futbolçulara təsir etdi" - Qurban Qurbanov
2 avtoqol, 1 qırmızı vərəqə, məhsuldar heç-heçə
"Arsenal"dan ardıcıl 3-cü məğlubiyyət
Zerbi: "Tottenhem" aşağı liqaya düşsə..."
Mahirin komandası qələbə qazandı
"Sabah" - "Zirə" : Heyətlər
Azərbaycan millisi Gürcüstana yenə uduzdu
"Qalatasaray"ın sabiq futbolçusu karyerasını başa vurdu
Stadionda yanğın oldu, oyun təxirə salındı
"Şamaxı" - "Qarabağ": Heyətlər
Yamal "Barselona"nın məşqini tərk etdi
PFL-in Tovuz şəhər stadionu ilə bağlı qərarı müəyyənləşdi
Arteta gələcəyindən danışdı
AFFA-dan qərar: Oyunlar təxirə salındı
CV-si ilə şəkil çəkdirmək istədi, rədd cavabı aldı - Video
"Barselona"ya rədd cavabı verdi
Arbeloadan 21-ci əsrin antirekordu
U-15 millilərinin turnirində yaş qalmaqalı
Zubir “Qarabağ”dan ayrılır – Yeni klubu bəllidir
Malenin het-triki “Roma”ya 3 xal qazandırdı
“Real”dan gözlənilməz xal itkisi
Kökçünün komandası səfərdə uduzdu
“Beşiktaş”dan 4 qollu qələbə
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə