“Hər iki komanda çox istəkli idi. Həm turnir cədvəlindəki mövqelər, həm də “Zirə” və “Sumqayıt” arasında oyunlar həmişə maraqlı keçir. Bugünkü matç da istisna olmadı”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 22-ci turunda “Sumqayıt”la oyundan (0:0) sonra mətbuat konfransında deyib.
O, ikinci 45 dəqiqədə tərəflərin çoxlu top itkisinə yol vediklərini bildirib: “Matçın əvvəlində texniki səhvdən sonra qapımızda penalti gördük. Onun davamında təhlükəli zərbə oldu. Sonradan komanda özünə gəldi. Daha inamlı çıxış etdik meydanda. Bir epizodda Mehdi Cənnətov çox gözəl seyv etdi. Eləcə də penalti epizodumuz oldu. İkinci hissədə də qol şanslarımız var idi. Amma fasilədən sonra hər iki tərəfdə top itkiləri çox olurdu. Meydança amilinin də buna təsiri ola bilər. Yaxaladığımız şanslardan yararlansaydıq, qalib gələ bilərdik. Təəssüf ki, alınmadı. Artıq bu matçı unudub, növbəti tura hazırlaşmalıyıq”.
R.Sadıqov bildirib ki, qalib gəlib “Sumqayıt”la xallarını bərabərləşdirmək istəsələr də, buna nail ola bilməyiblər: “Bu gün turnir cədvəlini nəzərə almasaq, hər iki komanda 1 xal qazandı. Amma turnir cədvəlini, eləcə də evdə oynadığımızı nəzərə alsaq, qələbə qazanıb rəqiblə xallarımızı bərabərləşdirmək istəyirdik. Bunun üçün yaxşı epizodlar da var idi. Amma onlardan yararlana bilmədik. Mövsümün əvvəli olsaydı, hər iki komanda bugünkü bir xaldan razı qalardı”.
Mütəxəssis fasilədən sonra komandasında bir qədər yorğunluğun özünü büruzə verdiyini söyləyib: “İkinci hissədə bəzi futbolçularda yorğunluq hiss olunurdu. Buna görə də oyunumuzda texniki səhvlərin sayı artmışdı. Çoxsaylı top itkilərimiz oldu. Xüsusən də müdafiədən hücuma çıxanda. Halbuki istifadə etmək üçün yaxşı boşluqlar var idi. Amma ötürmələrimizdə qeyri-dəqiqlik olurdu”.
“Zirə”nin çalışdırıcısı bəzi futbolçularla danışıqlar apardıqlarını bildirib: “İkinci hissədə hücumu gücləndirmək istərdim. Lakin ehtiyatda demək olar ki, hücumameyilli futbolçu yox idi. Axtarışlarımız davam edir. Maraqlandığımız futbolçular var. Bəziləri ilə danışıqlar da aparırıq. Hər an hər şey baş verə bilər”.
Sadıqov “Sabah”ın hücumçusu Davit Volkovun “Zirə”yə mümkün qayıdışını şərh etmək istəməyib: “Ümumən hücumçu axtarırıq. Alınsa, götürəcəyik”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər