“Öz komandamı təbrik edirəm. Oyunun sonuna kimi bizi gərginlikdə saxladıqları üçün hər iki kollektivə minnətdaram. Tərəflərdən heç biri səhv etmək istəmirdi. Bu cür oyuna heç vaxt rast gəlməmişdim”.
QOL.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 22-ci turunda “Zirə”yə qarşı keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
O bildirib ki, yeganə qol matçın taleyini həll edəcəkdi: “Qol vursaydıq, qələbəni əldən verməzdik. Yaxud inanmıram ki, qapımızda top görsəydik, geridönüş edə bilərdik. Çünki çox təzyiqli oyun idi. Əvvəldən də futbolçulara tapşırmışdıq ki, maksimum dərəcədə konsentrasiyalı olsunlar və səhv etməsinlər. Düzdür, bəzi anlarda səhvlər olur. Bu, olmalıdır. Amma ümumi götürdükdə, hər iki komanda eyni cür oynadı. Məqsəd uduzmamaq idi. Bunun da öhdəsindən gəldik”.
Mütəxəssis heç-heçəni komandası üçün yaxşı nəticə sayıb: “Sıx qrafikdə oynasaq da, futbolçularım bu çətinliyin öhdəsindən gəldilər. Bu gün komandam bütün gücünü meydanda qoydu ki, məğlub olmasın. “Sumqayıt” üçün səfərdə “Zirə” kimi komandadan 1 xal almaq yaxşı nəticədir”.
“Sumqayıt”ın çalışdırıcısı hər iki komandanın penaltidən yararlana bilməməsini həyəcanla əlaqələndirib: “Hər iki komandanın penaltini qaçırması futbolçuların nə qədər həyəcanlı olmalarına işarədir. “Zirə” haqqında danışa bilmərəm. Öz futbolçum barədə deyə bilərəm ki, bəlkə də özlüyündə düşünüb ki, bu penalti matçın müqəddəratını həll edəcək. Deyərdim ki, bərbad penalti idi. Komandaların heç biri 11 metrlik cərimə zərbəsi ilə bağlı qərara etiraz etmədi. Ona görə də referilərin düzgün qərar verdiyini düşünürəm”.
S.Abasov futbolçularının meydanda canlarını qoyduğunu vurğulayıb: “Bəzi futbolçularda yorğunluq var idi. Xoşuma gələn o oldu ki, həmin yorğunluğun fonunda uşaqlar canlarını meydanda qoydular. Rusların bir sözü var – “çerez nemoqu” oynadılar. Sadəcə meydançanın durumunun ideal olmaması hər iki komandanın oyununa bir qədər təsir etdi”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər