"Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 22-ci turunda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri oyunu dəyərləndirib.
QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb:
- Gərgin oyun idi. Evdə seriyamızı davam etdirmək istəyirdik. Azarkeşlərə təşəkkür edirəm, möhtəşəm idilər. 12-ci oyunçu bu gün öz sözünü dedi. Futbolçularda bir az basqı var idi. Yuxarı pillələrdə ola bilərik. Çalışdıq ki, oyun nəzarətimizdə olsun. Futbolçularıma təşəkkür edirəm. İstədiklərimizi yavaş-yavaş görə bilirik.
- Qələbələr gəldikcə azarkeşlər avrokuboklara vəsiqə qazanmağı tələb etməyə başlayır. Bu, sizi qorxutmur?
- Yox, qorxutmur. Düzgün təhlil etsək, görərik ki, klub olaraq irəliləyiş var. Futbolçular basqını üzərlərindən ata biliblər. Artıq evdə ev sahibi kimi oynaya bilirik. Yeni gələn oyunçular, adaptasiya olurlar. Bunda da irəliləyiş var. Bu işlər görüldükcə nəticə gələcək. Azarkeş hər zaman istəyəcək. Amma bizim planımız var. Pillə-pillə irəli getmək istəyirik. Bəzi məqammlar var ki, vaxt lazımdır. Bu gün lazımsız dəqiqədə qol buraxdıq. Oyun nəzarətimizdə idi. Bunlara vaxt lazımdır. Azarkeşləri başa düşürük.
- Aleks Souza tez bir zamanda komandaya uyğunlaşdı. Onun oyununu necə dəyərləndirirsiniz?
- Onu yayda transfer etmək istəyiridik, alınmadı. Gəncdir, istiqanlıdır. Komandada özünü elə aparır ki, sanki əsl tovuzludur. Amma tələsmək lazım deyil. Bu tempi saxlamaq çətin olacaq. Futbol çox çətin və maraqlıdır. Çalışırıq ki, onları yaxşı formada saxlayaq. Potensiallı futbolçudur, çox şey gözləyirik ondan.
- Ayxan Quseynovun Azərbaycan vətəndaşlığı alması məsələsi həll olunub?
- Xeyr. Yəqin ki, millinin baş məqşçisi istəməlidir ki, bu, baş tutsun.
- Başqa ölkələrdə doğulan azərbaycanlı futbolçular burada legioner limiti ilə oynayır. Sizin bu məsələ ilə bağlı fikirləriniz necədir?
- Əla mövzudur. Mənim təklifim odur ki, kənardakı azərbaycanlı futbolçular legioner sayılmasın. Türkiyəyə baxaq. Almaniyada doğulan oyunçular yerli statusla çıxış edir. Eldar Quliyev, Ayxan Quseynov zatən azərbaycanlıdır. Biz onlara yerli statusu verməliyik. Bu futbolçuları qazanmaq lazımdır. Digər ölkələrin akademiyasında böyüyüblər. Bizim uşaqlarla onlar arasında fərq də hiss olunur.(sportal.az)
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər