"Məğlub olmağımıza baxmayaraq, futbolçularımı təbrik edirəm. Növbəti mərhələyə keçmək vacib idi".
QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun 1/4 finalının "Sabah"la cavab matçından sonra keçirilən mətbuat konfransında deyib.
"Qarabağ" bugünkü oyunda 3:4 hesabı ilə uduzub. İlk qarşılaşmada 7:1 hesablı qələbə qazanan Ağdam təmsilçisi iki matçın nəticəsinə görə yarımfinala yüksəlbi.
Q.Qurbanov bu gün "Sabah"ın fərqli oyun nümayiş etdirdiyini qeyd edib: "Qarşımızda fərqli "Sabah" var idi. Oyunu tam istədiyimiz kimi idarə edə bilmədik. Azarkeşlər üçün maraqlı oyun oldu. Üç gündən sonra "Sabah"la yenə oyunumuz var. Həmin matça hazırlaşacağıq".
"Qarabağ"ın çalışdırıcısı bu gün etdiyi rotasiyaklar haqda da danışıb: "Futbolçuların oyun ritmi məni qane etdi. Bəzi oyunçuların 90 dəqiqə meydanda olması mənim üçün vacib idi. Abbas uzun müddətdir oynamırdı. Bu gün 90 dəqiqə meydanda oldu. Adama Diakabi və digərlərinin oynaması vacib idi. Ümumi razı qaldığım məqamlar da oldu, qalmadığım da. Futbolçularla öz aramızda müzakirəmiz olacaq. Nəticə üçün oynadılar. Müdafiədə boşluqlar verdik. Bu da normaldır. Ən çox rotasiyanı müdafiədə etmişdik".
Q.Qurbanov "Sabah"la Premyer Liqa matçda meydana fərqli heyət buraxacağını deyib: "Bugünkü heyətdən fərqli heyət olacaq. Oyunun gedişində hansısa dəyişiklik lazım olsa, edəcəyik. İstərdim ki, futbolçularım 90 dəqiqəlik ritmə düşsünlər".
Q.Qurbanov köməkçisi - video-analitik məşqçi Yanuş Vasilyevin Avropa Liqasının pley-off mərhələsindəki rəqibləri "Braqa"nın oyununu canlı izləməsi haqda da danışıb: "Gördüklərimiz idi. İstəyirdim ki, məşqçimiz bunu canlı da görsün. Təhlil etdiklərimizi daha da yaxından gördü. Çox təcrübəli komandaya qarşı oynayacağıq. Məşqçimizin Portuqaliyaya getməsinin faydası oldu".
Baş məşqçi növbəti dəfə Adama Diakabinin "Qarabağ"dakı gələcəyi haqda sualı cavablandırıb: "Bizim onunla may ayına kimi müqaviləmiz var. Bu komanda Diakabinin üzərində qurulmayıb. Digər oyunçular da var ki, onlar da gedə bilər, qala bilər. Hər dəfə bu sual verilir. Amma bu, müzakirə mövzusu deyil. Adama bu gün bizə lazım idi. Lazım olan anda onun faydası dəydi. Ondan da az oynayan futbolçular var komandada".
Q.Qurbanov "Futbolçularınıza cəlbedici təkliflər gəlir. Bu qiymət artımı sizi narahat etmir?" sualını belə cavablandırıb: "Ölkə futbolu olaraq narahat etmir. Sevinirəm ki, burada olan futbolçulara kənardan maraq var. Amma ümumən bəzi futbolçulara görə narahatam. Çünki, hər insan şan-şöhrətə dözə bilmir. Bəzi oyunçuların oyununa, həyat tərzinə əks-təsir edir. Bəzi futbolçular isə bunu normal qəbul edir. Düşünürlər ki, klubumla müqaviləm var. Bəzilərinə ona görə mənfi təsir edir ki, ona kənardan məsləhət verənlər çoxdur. O qədər şahidi olmuşam ki, istedadlı oyunçuların karyeralarına son qoyanlar olub. Onların yaxın dostları, ətrafı sanki oyunçunu çox istəyir, biz istəmirik. Elə dilli-dilavər menecerlər olur ki, gündə zəng edirlər. Futbolçu da fikirləşir ki, düz deyirlər. Kimə görə narahat olmuşamsa, demək olar ki, onların karyerası bitib. Biz heç kimin karyerasına zərbə vurmaq istəmirik. Hamının burada inkişafını düşünürük. Futbolçu qarşısına legioner həyatı yaşamaq məqsədi qoyur. Amma bunu da gərək edəsən. Hər şey mənim istədiyim kimi olsaydı, işləməyə nə var idi ki? Bəzən belə kaprizləri görürəm. Bunu da yavaş-yavaş yoluna qoyuruq".
Q.Qurbanov "Qarabağ" son oyunlarda çox qırmızı vərəqə almasından da danışıb: "Bəli, məni narahat edir. Hər qırmızı vərəqəyə narahat oluram. Bu, kollektiv oyundur. Hər futbolçu düşünməlidir ki, meydanda komandanı azlıqda qoymaq olmaz. Elə epizodlar var ki, qaçılmazdır. Bəzən bəsit qırmızı vərəqələr də verilir. Yenə hər bir halda futbolçular diqqəti olmalıdır".
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"
"Real" aşağı liqaya düşən klubun futbolçusuna göz dikdi
Misli Premyer Liqası klublarına nə qədər ödəniş ediləcək?
“Şəfa” yeni baş məşqçisini açıqladı - Şəkillər
"Liverpul"dan ayrılan futbolçu "Tottenhem"də - Rəsmi
"Beşiktaş"ın yeni baş məşqçisi açıqlandı
Səhhətində narahatlıq yarandı, millidən ayrıldı
Mehriban Əliyeva Avropa çempionu olan millini təbrik etdi
Əliyar Ağayev və Tural Qurbanova UEFA-dan təyinat
Prezident Minifutbol Federasiyasına 1 milyon manat ayırdı
"Şamaxı" onunla müqaviləni uzatdı
AFFA-da seminar keçirildi
Romada 1 qızıl, 1 bürünc medal
DÇ-2026-da vuvuzela qadağası