"Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bunu qəbul etmək lazımdır. Bunlardan dərs çıxarmalıyıq. Oyunun qırılma nöqtəsi 3-cü dəqiqə oldu. Təsadüfi və sadə qol buraxdıq. Taktiki sistem ondan sonra qırıldı. Mütləq irəli getməliydik".
QOL.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Zirə"yə 0:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdıqları oyundan sonra mətbuat konfransında deyib.
O, oyunu belə şərh edib6 "Təmkinlə yox, emosiolarla irəli getdik. Yadıma gəlmir ki, bir oyunda bu qədər qol epizodu yaradaq. Bir qol vursaydıq, bəlkə vəziyyəti dəyişərdik. Hücumda oynamağa çalışdıq. Rəşad Sadıqov düzgün taktika quraraq, bizi əks-hücumlarda tutdu. 3-cü dəqiqədə buraxılan qol planları pozdu. Futbolçular istəkli idi. Bu qədər epizoddan istifadə etməmək nəticəyə təsir edəcək. Çempionata köklənməliyik. Finala qədər getsəydik də, çətin olacaqdı. Yeni oyunçular tam adaptasiya olmasalar da, keyfiyyətli oyunçulardır".
Baş məşqçi komandanən aparıcı hücumçularından olan Pedro Nunonusonradan meydana buraxmağının səbəbini də izah edib: "Nə Madini, nə Masikeni, nə də Alluşu hazırlıq matçlarında görməmişəm. Onların potensiallarına baxmaq üçün meydana buraxdım. Pedronu tanıyıram. Çempionatdakı oyunlar üçün vacib idi ki, Madi, Masike və Alluşun tam gücünü bilək. Pedro özünü sübut etmiş oyunçudur. Deməzdim ki, kuboku çempionata qurban verdik. Kubokda da oynamaq istəyirdik. Alınmadı. Çox bəsit qollar buraxırıq. Müdafiədə çox pis oynayırıq. "Qarabağ"la oyuna baxıram, müdafiədə çox yaxşı idik. Məcburiyyətdən irəli getdik. Fərdi səhvlər çox idi. Futbolçuların üstünə də getmək olmaz. Onlara dəstək olmalıyıq. Günahkar mənəm, futbolçuların arxasındayam. Komanda uduzubsa, məsuliyyət məndədir".
Ş.Diniyev komandasının Premyer Liqadakı mübarizəsindən də danışıb: "Xoşuma gəlməyən ruhdan düşən insandır. Yıxılmamışıq. Komandamın oyunu və sistemi var. "Zirə" bu gün mərkəzi keçə bilmirdi. Futbolçuların işə yanaşmasına görə də, auramı korlamıram. Çempionatın əvvəlində üç oyundan sonra 1 xalımız var idi. Bomba bir yerə iki dəfə düşmür. Amma yenə düşə bilər. Zədəlilərimiz oldu. Çempionatın son üç oyunundan sonra yenə bir xal toplamışıq. Komandada hələ çox şeylər görəcəksiniz. Düzgün yoldayıq".
Ş.Diniyev komandasının çox inkişaf etdiyini də qeyd edib6 "Mənim üçün şəxsi müqavilədən daha çox komandanın uğuru öndədir. Heç vaxt qorxmamışam. Savadımı əlimdən ala bilməzlər. Əsas odur. Hər bir məşqçinin çamadanı yanında olmalıdır. Komandaya inamım böyükdür. Keçənilki "Səbail" deyilik. "Qarabağ"la başabaş oynayan komandayıq. Uğursuzluq çox çəkməyəcək. Bəhanələrim yoxdur. Bu kollektiv "Səbail"i irəli aparacaq".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər