“İlk iki dövrədən razı qaldıq. Komanda qış fasiləsinə ikinci pillədə yollandı. Lakin son oyunlarda bir qədər uğursuzluqla üzləşmişik”.
QOL.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Zirə”nin prezidenti Taleh Nəsibov deyib.
“Zirə”nin mövsümün 2-ci yarısına xal itkiləri ilə başlaması haqda sualı cavablandıran klub rəhbəri komandanın oyun baxımından rəqiblərindən geri qalmadığını bildirib: “Sanki komanda “qara zolaqdadır”, bəxtsizliklə üzləşib, heç cür şansımız gətirmir. Oyun var, komanda üstün çıxış edir, amma sonda qələbə qazanmaq üçün nəsə çatışmır. Yaxud heç nədən qol buraxıb uduzuruq. Komandada hər şey qaydasındadır. Məşqçilər korpusu çalışır, futbolçular çox istəklidirlər. Götürək son turdakı “Qəbələ” oyununu, yaxud “Sabah”la matçı. Hər iki görüşdə komandamız çox yaxşı performans sərgilədi. Lakin qalib gələ bilmirik. Bəxt sanki bizdən üz döndərib. “Qəbələ”nin üzvü mərkəzdən zərbə endirir, top möcüzəvi şəkildə qapıdan keçir. Mən matçı “Qəbələ”nin prezidenti Fariz Nəcəfovla yanaşı izləyirdim. Həmin zərbə zamanı Fariz müəllim qayıtdı ki, “hara vurursan”, mən isə dedim “deyəsən, qoldur”. Həmin anda aramızda belə bir qısa dialoq oldu, bir neçə saniyəlik. Yekunda da elə top gözlənilmədən qapımızdan keçdi. Qəbələdəki görüşdə 90 dəqiqə boyunca hücumda olsaq da, yekunda 1 xal qazandıq. Məncə, tezliklə vəziyyət yaxşıya doğru dəyişəcək”.
T.Nəsibov komandanın uğursuzluğunda hakim səhvlərinin rolu haqda da danışıb: “Bütün günahları hakimlərin üzərinə yıxmaq olmaz. Lakin bu mövsüm 3-4 oyunda sırf hakim səhvləri ucbatından uduzmuşuq. Desəm ki, komandamıza qarşı hakim səhvləri yoxdur, bu, səhv olar. Hakimlərlə bağlı narazılığımı AFFA rəhbərliyinə də, baş katib Sərxan Hacıyevə də bildirmişəm. Klublar Komitəsinin iclasında da bu barədə danışdım. Bildirdim ki, heç kim “Zirə”nin necə oynamasını müzakirə etməməlidir. Siz niyə davamlı şəkildə hakim səhvlərinin baş verməsini müzakirə etməlisiniz?
Burada söhbət tək “Zirə”dən getmir. Hamımız bilirik ki, digər klublara qarşı da səhvlər olub. Düşünürəm ki, tezliklə bu problem düzələcək. VAR gələndə gözlədik ki, hər şey yaxşı olacaq, lakin əksi baş verdi, vəziyyət daha da pisləşdi. VAR hakimləri daha çox təzyiq altında saxlayır. Psixoloji cəhətdən də hazır olmaq lazımdır. Görürsən ki, hakim bir səhv edir, hərə bir tərəfdən qışqırır. Nəticədə hakim özünü itirir. Mən demirəm onların işi asandır. Hakimləri də çox qınamaq istəmirəm. Amma bəzi səhvlər var ki, açıq-aşkardır. Məsələn, “Səbail”lə çempionat oyununda 100 faizlik penaltimiz verilmədi. Həmin görüşü AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək də canlı izləyirdi. O da bildirdi ki, penaltidir. Lakin hakim aşkar 11 metrlik cərimə zərbəsini təyin etmədi. Yaxud “Sabah”la oyun olsun, “Qarabağ”la matçda verilməyən qırmızı vərəqələr...”
T.Nəsibov Klublar Komitəsinin iclasında legioner limitinin “8+3”ə dəyişdirilməsi ilə bağlı müzakirəyə də toxunub. O, “Zirə”nin bu məsələdə hələ ki, bitərəf olduğunu qeyd edib: “Müzakirə olundu, lakin yekdil bir qərara gəlinmədi. Yekunda bildirildi ki, hər klub daxildə bu məsələni müzakirə etsin və sonra yekun fikir bildirilsin. Biz bu məsələdə bitərəfik. Deməzdim ki, 100 faiz razıyam, yaxud narazıyam. Daha dəqiq müzakirələr əsnasında yekun qərara gələcəyik. Açığı, bu barədə əsas söz sahibi məşqçilərdir. Onların fikri daha çox önəmlidir. Böyük bir etiraz olmadığını da deməliyəm. İndiki qayda ilə də davam etmək mümkündür. Həm də limit “8+3”ə dəyişdirilsə, bu, müəyyən şərtlər altında olacaq. İndi bu barədə geniş danışmaq istəmirəm. Qərar qəbul olunsa, detallar da açıqlanacaq”.
"Qarabağ"ın heyəti açıqlandı
"Kəpəz" legioneri ilə yollarını ayırdı - Rəsmi
Azərbaycan 1-ci liqa matçında qol yağışı - Video
"Leyptsiq" onun üçün 81 milyon ödədi
"Fənərbaxça" rəsmən PSJ-nin futbolçusunu transfer etdi
"Qəbələ" "Bakı Sportinq"lə bərabərə qaldı - Video
Ronaldo "Sumqayıt"da - Rəsmi
"Qalatasaray" danışıqlarda irəlilədi
"Barselona" müqaviləni yenilədi, 1 milyardlıq şərt qoydu
"Qarabağ"ı Afinada neçə azarkeş dəstəkləyəcək?
Hakim Ziyeşin yeni klubu rəsmən açıqlandı
Azərbaycan millisi iki yoxlama oyunu keçirəcək
Birinci liqada fasilə bitdi - 3 oyunda 13 qol
Ançelotti tarixi uğuru təkrarladı
Stiven Cerrard istefaya göndərildi
Çempionlar Liqasında bunu bacaran ilk futbolçu oldu
Martines klubun əvvəlki bombardirinə çatdı
Qvardiola: "Çempionlar Liqasını qazanmağımız mümkün deyil"
"Qarabağ" və "Neftçi" cərimə olundu
Qəzaya uğrayan təyyarədə dünya çempionları da olub
51 il sonra ilk dəfə...
AFFA daha üç oyunçunu futboldan ömürlük uzaqlaşdırdı
"Qalatasaray"da ciddi itki
"Borussiya" yeni baş məşqçisini rəsmən açıqladı
Azərbaycan millisinin üzvü Xorvatiya ilə oyun haqda danışdı
Misli Premyer Liqasında 21-ci turun hakimləri
Ançelotti ÇL-in yeni formatını tənqid etdi
Çempionlar Liqasında pley-off mərhələsinin mümkün cütləri
"Qarabağ" və Türkiyə klublarının oyunları bu kanallarda
Kataloniyadakı 4 qol - Video
Het-trikə imza atanlarla dubl edənin mübarizəsi
"Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" üçün həlledici gün
PSJ-ni növbəti mərhələyə aparan qələbə - Video
Ziyeş “Qalatasaray”dan ayrıldı - Rəsmi
Çempionlar Liqasında Liqa mərhələsinə yekun vuruldu
"Qarabağ" Yunanıstanda məşqə çıxdı - Şəkillər
"Bavariya"nı tərk etmək qərarına gəldi
"Napoli" "Qalatasaray"ın təklifini rədd etdi
Peres La Liqaya ingiltərəli hakimləri gətirmək istəyir
UEFA İsrailin istəyini rədd etdi
"Santos" "Yuventus"un futbolçusunu hədəflədi
Amorimlə Reşfordun arasında gərginlik
Flikdən "Atalanta"ya xoş sözlər