"Mançester Yunayted" "Bavariya"nın futbolçularını hədəf aldı

"Mançester Yunayted" "Bavariya"nın futbolçularını hədəf aldı
ÖLKƏ FUTBOLU 7 Fevral 2024 / 13:26 1648
-  A +

"Mançester Yunayted"in transfer planları məlum olub.

QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. "Qırmızı şeytanlar" "Bavariya"nın 2 futbolçusunu heyətinə qatmaq üçün mübarizə aparır. Bunlar yarımmüdafiəçi Coşua Kimmix və müdafiəçi Alfonso Deyvisdir.

Həmçinin klub daha 2 futbolçunu transfer etmək istəyir. Lakin bu futbolçuların adları açıqlanmayıb.

Həmçinin xəbərdə bu da bildirilir ki, "Mançester Yunayted" müqaviləsi yaxında başa çatacaq futbolçularla danışıqlar aparmağa üstünlük verir. Buna səbəb isə klubun daha az pul xərcləməyi hədəfləməsidir.


Son xəbərlər
topaz banner