"Qalatasaray" Ziyeşi 1 aylıq itirdi

"Qalatasaray" Ziyeşi 1 aylıq itirdi
DÜNYA FUTBOLU 6 Fevral 2024 / 00:10 2486
-  A +

"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş zədələnib.

QOL.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Mərakeşli yarımmüdafiəçi millinin heyətində olarkən zədələnib. Onun ayaq biləyində burxulma olub. Klub futbolçunun 3-4 həftə meydana çıxa bilməyəcəyini açıqlayıb.

Qeyd edək ki, Hakim Ziyeş bu mövsüm "Qalatasaray"da 14 oyuna 4qol vurub, 2 qol ötürməsi edib.

Daha çox


Son xəbərlər