"Real"ın futbolçusu Vinisius Junior ardıcıl ikinci La Liqa matçını buraxa bilər.
QOL.az "AS"a istinadən xəbər verir ki, o, dünən ölkə çempionatında “Atletiko” ilə oyundan (1:1) əvvəl isinmə hərəkətləri zamanı zədələnib. Baş məşqçi Karlo Ançelotti bildirib ki, braziliyalı oyunçunun boyun kontrakturası var.
Bu gün Vinisius məşq etməyib və fizioterapevtlərlə işləyirdi. Klub futbolçunun fevralın 10-da "Jirona" ilə mərkəzi oyuna hazır olacağına ümid edir, lakin onun iştirakı hələ də şübhə altındadır.
Qeyd edək ki, 23 yaşlı futbolçu La Liqada 14 oyuna çıxıb və 6 qol vurub.
Xatırladaq ki, La Liqada "Real" 58 xalla 1-ci, "Jirona" 56 xalla 2-cidir.
30 il sonra...
PSJ ilin klubu seçildi
“Qızıl top”un "qalib"ini səhvən açıqladılar - Şəkillər
Murad oynadı, komandası xal itirdi
Rövşən Nəcəfin bu addımı maraqla qarşılandı - Video
Pyerluici Kollina Bakıda - Video
“Milan”ın futbolçusu derbini buraxa bilər
“Qalatasaray” - “Fənərbaxça” matçının heyətləri açıqlandı
Həm sürəti, həm də oyunu ilə seçildi
Canni İnfantino Hövsan Yarış Kompleksində - Şəkillər
"ÇL-də oynamaq hər idmançıya qismət olmur" - Fərid Ələkbərov