“Sumqayıt”ın yarımmüdafiəçisi Rövlan Muradov Misli Premyer Liqasının 21-ci turunda “Neftçi”ni 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:
- “Neftçi” üzərində qələbəni necə şərh edərdiniz?
- Yenidənqurmadan sonra stadionda ilk oyun idi. Ona görə də məsuliyyətimizi dərk edirdik. Bilirdik ki, bizi çətin oyun gözləyir. Azərbaycanın flaqmanına qarşı oynayırdıq. Çox gözəl qələbə qazandıq. Buna görə çox məmnunuq. Azarkeşlərimizə də təşəkkür edirik ki, stadionda möhtəşəm atmosfer yaratdılar.
- Oyundan əvvəl anşlaq yaşanacağı bilinirdi. Bu məqam psixoloji cəhətdən sizdə gərginlik yaratmamışdı?
- Bəli, oyunda əvvəl də bilirdik ki, stadion dolu olacaq. Oyunöncəsi məşq zamanı öz aramızda söhbət edəndə bir-birimizə deyirdik ki, azarkeşləri küsdürmək olmaz. Mütləq qələbə qazanmalıyıq. Şükürlər olsun ki, istəyimizə çatdıq.
- Oyundan əvvəl klub rəhbərliyinin qələbə üçün sizə yaxşı mükafat vəd ediyi deyilir...
- Xeyr, oyundan əvvəl mükafat barədə bir söz deyilməmişdi. Oyundan sonra icra başçısı və klubumuzun prezidenti Riad müəllim bizi təbrik etdi. Əsas olan azarkeşlərimizi sevindirməyimizdir. Bundan sonra da bizi burda daha yaxşı oyunlar gözləyir. Ümid edirəm ki, gələcəkdə də bu arenada fanatlarımızı sevindirə biləcəyik.
- Necə düşünürsünüz, növbəti matçlarda da stadionda anlşaq yaşanacaq, yoxsa arenada daha az tamaşaçı görəcəyik?
- Bu cür qalibiyyətdən sonra düşünürəm ki, növbəti ev matçımızda da anşlaq yaşanacaq. Biz azarkeşlərimizi nə qədər çox sevindirsək, onların da dəstəyi bir o qədər güclü olar.
- Çempionatdan fərqli olaraq kubok matçında “Neftçi”yə məğlub olmuşdunuz. Həmin məğlubiyyətin çempionatdakı qələbədə nə dərəcədə rolu oldu?
- Kubok oyununun ilk hissəsində üç qol buraxdıq. Demək olar ki, həmin qolların hamısını özümüz rəqib hədiyyə elədik. Amma ruhdan düşmədik. Sonadək mübarizə aparıb iki qol vurduq. Düşünürəm ki, daha çox qol vura bilərdik. Çempionatdakı qələbəmiz motivasiyamızı daha da artırıb. Kubokun cavab görüşündə də qələbə qazana bilərik. Həmin görüşdə mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik.
- Millinin mart ayındakı toplanışı üçün dəvət gözləyirsiniz?
- Mən hər bir oyuna maksimum hazırlaşıram. Ümid edirəm ki, inamlı çıxışıma davam etsəm, qarşıdakı toplanışa dəvət ala bilərəm. Mən hər zaman millidə çıxış etməyə canla-başla hazıram.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər