"Zirə" Azərbaycan Premyer Liqasının 21-ci turunda səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.
QOL.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Qəbələ səfəri hər komanda üçün ağırdır. Qələbə qazanmaq istəyirdik. Meydanda amansız mübarizə gedirdi. Hər iki komanda çox istəkli idi. Matça pis başlamadıq, oyuna biz nəzarət edirdik. Gözlənilməz qol buraxdıq. Sonra qol vurduq və nəzarəti əldə aldıq. İkinci hissədə hücum potensialını daha da gücləndirdik. Lakin istədiyimiz qolu vura bilmədik. İki epizodda rəqib qapıçı etibarlı oynadı. Bu cür oyunda, Qəbələ səfərində bir xal pis nəticə deyil. Qarşıda "Səbail"lə çox vacib oyun bizi gözləyir. Ona hazırlaşacağıq.
- Ülvi İsgəndərov ikinci dəfədir ki, "Zirə"yə uzaq məsafədən qol vurur. Həmin qolu necə şərh edərdiniz?
- Demirəm ki, Ülvi bizə qarşı xüsusi motivasiya ilə oynayır. Amma artıq alışımışıq. Bizimlə hər oyunda ya qol vurur, ya məhsuldar ötürmə edir. Təəssüf ki, belə qol buraxdıq. Oyundan öncə bu haqda danışmışdıq. Amma Ülvinin ustalıqla vurduğu zərbəyə qiymət vermək lazımdır.
- Matçın 70-ci dəqiqəsində ehtiyat oyunçular skamyası tərəfdə gərginlik yaşandı. Orada nə baş vermişdi?
- Anlaşılmazlıq var idi. Əsas odur ki, problem aradan qalxdı.
- Hakimin idarəçiliyindən razı qaldınız?
- Bəyəndim deyə bilmərəm. Mənə ədalətli hakimlik lazımdır. Ümumən bu gün foullar çox idi. Tez-tez qayda pozuntuları olurdu. Ümumiyyətlə, "Qəbələ" ilə buradakı oyunlarımız həmişə aqressiv keçir. Amma indi onların vəziyyəti elədir ki, hər rəqibə qarşı bu cür yanaşırlar. Bu, başadüşüləndir, çempionatın gərgin dövrüdür, hamı qələbə qazanmaq istəyir.
- Klublar Komitəsinin Barış Şimşəklə görüşü oldu. Sizcə, bu görüşdən sonra hakim səhvləri azalacaq?
- Barış Şimşəkin işinə qiymət vermək istəmirəm. Bizim 5-6 yaxşı hakimimiz var. Hakimliklə bağlı etirazlarımız odur ki, aydın epizodlar idi. Bəzən VAR susur, belə epizodlar adamı məyus edir.
- Rüstəm Əhmədzadə nə vaxt yaşıl meydanlara qayıdacaq?
- Ən az bir ay komandadan ayrı qalacaq. Çox ağır zədə alıb.
- Veteran futbolçu Mahir Şükürov sizin təkləndiyinizi deyib. Bu fikirlə razısınız?
- Təklənmişəm deməzdim. Ötən mətbuat konfransında bu haqda danışdım. Yenidən qayıtmaq istəmirəm. Bir çox hadisələr futbol camiəsinin gözünün qabağında baş verir. Ümid edək ki, nə bizim, nə də digər komandaların əleyhinə qərarlar olacaq. Çünki, bir səhv ilin sonunda çox ağır nəticələrə səbəb olur. (Sportal.az)
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
Beş ildən sonra ilk qolunu vurdu
Qollarının ardı-arası kəsilmir - 6 matçda 9 dəfə
"Borussiya"dan "Real"a keçə bilər
"Yuventus"dan gözlənilməz məğlubiyyət
"Barselona" Reşfordu onunla əvəzləyə bilər
Baş məşqçi azarkeşlərin "istefa" şüarına reaksiya verdi
40 yaşlı futbolçudan yeni rekord
Azərbaycan millisi Belarus yığmasına qalib gəldi
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
Klub rəhbərliyi baş məşqçiyə konkret hədəf təyin etdi
Füzuli Məmmədov: “Sizinlə razı deyiləm”
Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq təklif var
Felipe Santosdan Yevlaxda 2 qol - Video
"Yaşlandıqca müdrikləşir, oyunu daha yaxşı anlayır"
"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Millimizin dünya çempionatı üçün heyəti
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
Tramp Ronaldoya: "Əşyalarını yığ, ABŞ-də bizə lazımsan"
"Karvan-Yevlax" - "Araz-Naxçıvan" - Heyətlər
Federasiyaya yeni baş katib təyin edilib
Neymar: "Əsas məqsədim dünya çempionatını qazanmaqdır"
“Orada həyatıma təhlükə yüksək idi” - “Zirə”nin legioneri
UEFA “Barselona”nı cərimələyib
“Nyukasl”dan Bakı səfəri ilə yeni paylaşım - Video
Zidanın yeni iş yeri ilə bağlı iddia
Renat oynadı, komandası qalib gəldi
Superliqada 23-cü tura start verildi
“Sumqayıt” - “Qəbələ” matçında qalib aşkarlanmadı - Video
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video
"Bir xalı qənaətbəxş sayıram" - Saşa İliç
"Turan Tovuz" 3-cü pilləyə yüksəldi, Sumqayıtda heç-heçə
Azərbaycan çempionatında final partiyaları oynanılıb
Sadıqov “Turan Tovuz” azarkeşlərinin şüarı haqda - Video
"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev