“Hər oyuna ciddi hazırlaşırıq. Bu matç da istisna deyildi. Lakin belə görünür ki, bugünkü qarşılaşmaya yaxşı hazırlaşa bilməmişik. Çünki altıncı dəqiqədə qapında qol görürsənsə, deməli, yaxşı hazırlaşmamısan”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 21-ci turunda “Sumqayıt” 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
O, ilk hissədə zəif təsir bağışladıqlarını bildirib: “İkinci hissədə oyunu dəyişməyə çalışdıq. Daha fəal çıxış etdik. Lakin bu, matçın gedişatını dəyişmək üçün kifayət etmədi”.
“Komandanızın oyunundan razısınızmı” sualını Bojoviç belə cavablandırıb: “Mən ilk növbədə özümdən razıyammı? Əvvəl özümdən razı qalmalıyam, sonra komanda barədə danışmaq olar”.
Bojoviç məğlubiyyəti rəqibin oyunu ilə əlaqələndirib: “Sumqayıt”ın yaxşı oyunu məğlubiyyətimizə səbəb oldu. Bu gün uduzmuşuqsa, deməli, rəqib daha yaxşı oynayıb”.
O, transfer çalışmalarından da söz açıb: “Bu sualı hansı məşqçiyə versəz, komandasının güclənməsini istəyər, mən də o cümlədən. Lakin reallıqları da nəzərə almaq lazımdır”.
Mütəxəssis kapitan Emin Mahmudovun zəif çıxışına belə münasibət bildirib: “Eminin bir qədər zədəsi var idi. Ola bilər ki, bu da onun oyununa təsir edib. Boqomolski barədə isə bilmirəm nə deyim. Hər matç fərqli olur”.
Bojoviç hələlik optimal heyəti formalaşdırmadığını vurğulayıb: “Yeni transferlər fiziki cəhətdən hazır deyillər. Optimal heyəti tapdığımı indidən demək olmaz. Komandada rəqabət var. İdeal 11-liyin axtarışındayıq. Kimin nəyə qadir olduğunu bilmək üçün hər kəsə şans verməliyəm”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər