“Sabah” Misli Premyer Liqanın 21-ci turunda doğma meydanda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib. Masazır təmsilçisinin məşqçisi Ruslan Qafitullin oyunsonrası mətbuat konfransına matç haqda fikirlərini bildirməklə başlayıb.
- Maraqlı oyun keçdi. İlk 15-20 dəqiqədə "Turan Tovuz" çox yaxşı və aqressiv oynadı. Ondan sonra daha çox topa biz nəzarət edirdik. İkinci hissədə rəqibin cərimə meydançasına yaxınlaşsaq da, təhlükəli epizodlar olmadı.
- "Qarabağ"la matçdan sonra nəyi dəyişə bildiniz?
- İki gün ərzində nəyisə dəyişmək bir az çətin məsələdir. Komandanı bu oyuna hazırlayaraq çıxaran İqor Ponomaryov çalışırdı ki, motivasiyanı qaldırsın. O özü görürdü ki, uşaqlara psixoloji cəhətdən təsir edib. Hər halda, iki ildən çoxdur ki, Murad Musayevlə bir yerdə işləyirdik.
- Bu gün gənc Xəyal Əliyevə şans verdiniz və əsas komandada debüt etdi. Murad Musayev onu tanıyırdı?
- Bizdə tək Xəyal yox, Rauf, Fəxri var. Murad Musayev bu gənc oyunçulara nəzarət edirdi. Onları tez-tez məşqlərə çağırırdı. Onlarda potensial görürdü. Sadəcə, Musayev komandada qalası olmadı (presssport.az).
"Arsenal"a keçə bilər
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Azərbaycan klublarının yay transferləri - Yenilənir
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil
"Neymar sabah müayinədən keçəcək"