"Qarabağ" Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Səbail"i 2:1 hesabı ilə məğlub edib. Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Futbolçularımı təbrik edirəm. Belə gərgin oyunda çox vacib 3 xal əldə etdik. Oynamaq çətin idi. Qarşımızda çox istəkli rəqib var idi. Sonda bacardıq desək, daha düzgün olar.
- Tahir Gözəl matçdan sonra paltardəyişmə otağına gəldi. Bunun xüsusi səbəbi var idi?
- Xeyr, sadəcə təbrik etdi. Mən həmin vaxt içəridə yox idim. Çıxanda görüşdük, sadəcə təbrik üçün gəlmişdi.
- Murad Musayevin "Sabah"dan gedişinə münasibətiniz necədir?
- Əlbəttə ki, üzüldüm. Bəlkə nə vaxtsa Azərbaycana qayıdacaq. İşini sevən birisi idi. Ona qarşı oynamaq mənim üçün həmişə maraqlı idi. Biz nəyəsə müdaxilə edə bilmərik. Ancaq ona uğurlar arzulayıram.
- Murad Musayev "Qarabağ"a ağır məğlubiyyətdən sonra postundan getdi. Buna görə üzüldünüz?
- Heç bir oyunda istəmərəm belə olsun. Mən özüm də məşqçiyəm. İstər-istəməz böyükhesablı məğlubiyyətlərə mən özüm də üzülürəm. Heç bir məşqçinin üzülməsini istəmərəm. Ümumiyyətlə məğlubiyyət futbolçulara heç də yaxşı təsir eləmir. Futboldur. Futbolu azarkeşlər üçün oynayırıq, sona qədər mübarizə aparmalıyıq. Bəzən hər futbolçu, məşqçi üçün belə məğlubiyyətlərin faydası olur.
- İkinci hissədə "Qarabağ"ın oyunu yaxşı alınmırdı. Son dəqiqələrdə isə futbolçularınız vaxt uzadırdı. Bu haqda fikirləriniz necədir?
- Qeyd etdim ki, qarşımızda çox istəkli komanda var idi. Belə meydançada topla davranmaq bir o qədər də yaxşı olmur. "Səbail"in üstünlüyü ondadır ki, bu meydançada daha çox oyun keçirir. Bizdə bir az problemlər olur. Digər tərəfdən biz hər oyun dominantlıq edə bilmərik. Sonda mənim futbolçularım vaxt keçirmədi. Əvvəlki dəqiqələrdə daha çox vaxt keçirilirdi, nəinki son dəqiqələrdə.
- "Braqa" ilə oyunlarda Bəhlulun yanında kimin olacağına qərar vermisiniz?
- Hazırda mərkəz müdafiəçilərimiz var.Başqa futbolçuları bu mövqedə oynatmağı fikirləşmirəm. Hərənin öz mövqeyində olmağı daha uyğundur.
- "Sabah"la kubokun cavab matçında əsas heyətə istirahət verəcəksiniz?
- Demək olar ki, hər oyunda rotasiyaıar edirik. Bütün futbolçuların hazırlığı eyni səviyyədə deyil. Bu gün Benzianı 45 dəqiqə belə oynatmağa görə narahat idim. Amma 60 dəqiqə oyunda oldu. Yankoviç də öz optimal formasından uzaqdır. Rotasiyalar olacaq. Qarşıdakı turlarda əsas heyəti tam formalaşdırmaq istəyirik.
- Köməkçiniz "Braqa"nın oyununu izləməyə gedəcək. Ona xüsusi tapşırıq vermisiniz?
- Əlbəttə ki, hər hansı tapşırıqlar verilib. Biz özümüz zatən onların oyunlarına baxırıq. Canlı izləyərkən bəzən bizim düşünmədiyimiz elementlər olur. Buna diqqətlə baxılacaq.
- "Braqa" ilə ilk oyun üçün beyninizdə bir sistem var?
- Dəfələrlə demişəm ki, biz öz oyunumuzu yaxşılaşdırmaq istəyirik. Sadəcə, qarşımızdakı rəqibə görə bəzən bəzi detallar dəyişir. Çox ciddi dəyişikliyin edilməsini düşünmürəm.
- Bir çox klublar legioner limitinin dəyişdirilməsini tələb edir. Sizin buna münasibətiniz necədir?
- Bu barədə düşünməmişəm. İndi hər hansı cavab versəm, yanlış düşüncə olar.Bugünkü qayda nədirsə, ona əməl etməyə çalışırıq.
- "Qalatasaray"ın idman direktoru Cenk Ergün oyunu izləyirdi. Bunun səbəbi nə idi? Onunla təkbətək görüşünüz olacaq?
- Məlumatım yox idi, xoş gəlib. Görüşümüz planlaşdırılmayıb.
- Ən yaxın izləyicinizdən 18 xal qabaqdasınız. "Qarabağ" növbəti turlarda stimulu haradan tapacaq?
- Biz buna arxayın olmalı deyilik. Bu gün məğlub da ola bilərdik. 10-15 xal öndəyik deyə işimiz tamamlanıb düşüncəsi yoxdur. Futbolçularımız ilboyu yaxşı idman formasında olmalıdır. İstənilən nəticə bizə mane olmayacaq. Qarşıda fərqli turnirlər, fərqli oyunlar var. Çalışmalıyıq ki, komandanı həmin yarışlara yaxşı hazırlayaq (sportal.az).
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər