"Sabah" klubundan ayrılan Murad Musayev istefasının səbəbləri barədə növbəti açıqlama verib.
QOL.az xəbər verir ki, o, "Matç TV"yə müsahibəsində bununla bağlı fikirlərini bildirib.
- "Sabah"dan getmək qərarı necə verildi? Bu, sizin təşəbbüsünüz idi, yoxsa klubun?
- Son iki ildə “Sabah” parlaq oyun nümayiş etdirdi, sabit yüksək nəticələr göstərdi. Amma indi bu sabitlik, qələbə ehtirası və emosiyalar yoxdur. Ümid edirəm ki, yeni məşqçi bunu dəyişə bilər. Çünki turnir cədvəlində üçüncü yerdən komandanı cəmi 5 xal ayırır. Bu qərarı özüm vermişəm. Başa düşürəm ki, məşqçi dəyişikliyi indi klub və komanda üçün lazım idi. Çempionatda Avropa kuboklarına vəsiqə qazanmaq üçün yaxşı şanslar var. Mən “Sabah”a bunu arzulayıram.
- Rəhbərlik sizi getməmək üçün razı salmağa cəhd etdimi?
- Bəli, “Sabah”ın rəhbərləri getməyimi istəmirdi. Amma bu, mənim qərarım idi. Ona hörmətlə yanaşırdılar.
- “Sabah”dan təəssüflə ayrılırsınız?
- Getmək həmişə çətindir. Xüsusən də əgər həmin klubda bir neçə il zaman keçirmisənsə. Görülən işlərlə həmişə fəxr edəcəm. Biz nəinki yaxşı nəticələr qazandıq, komandanın özünəməxsus oyun tərzi də yarandı. Biz “Qarabağ”, “Partizan”, “Neftçi” kimi güclü klublarla matçlarda nəinki bərabər səviyyədə oynadıq, hətta qələbə də qazandıq.
Bu gün (dünən - red.) bazada futbolçular və heyətlə vidalaşdım, çoxlu emosiyalar var idi. Amma futbol həyatı belədir. Zaman-zaman hamımız bir klubdan digərinə keçirik. İndi dincəlməli və yeni gələcəyə yeni güclə davam etməliyik.
- Yaxşı istirahət etməyi planlaşdırırsınız, yoxsa qısa müddətdə təklifləri nəzərdən keçirməyə hazırsınız?
- Bir-iki ay dincəlmək, ailəmlə vaxt keçirmək istəyirən. Sonrasına baxacam.
- Valeri Karpin Rusiya millisinin təlim-məşq toplanışından sonra deyirdi ki, onun xarici aləmlə heç bir əlaqəsi olmayan dərin meşəyə getmək arzusu var. Bəs, sizdə necə?
- Məndə belə bir arzu yoxdur (gülür). Əgər "Krasnodar"dan ayrıldıqdan sonra və indiki vəziyyətimi müqayisə etsək, mən tamamilə yaxşıyam.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər