"Qəbələ" bugünkü oyuna ciddi itki ilə çıxacaq

"Qəbələ" bugünkü oyuna ciddi itki ilə çıxacaq
ÖLKƏ FUTBOLU 31 Yanvar 2024 / 11:16 1358
-  A +

Azərbaycan kubokunun 1/4 finalının ilk oyununda bu gün "Araz-Naxçıvan"la qarşılaşacaq "Qəbələ"  oyuna itki ilə çıxacaq.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Mozambik millisinin heyətində qatıldığı Afrika Millətlər Kubokunda yüngül zədə alan Klesio Bauk bugünkü oyunda iştirak etməyəcək. Hücumçu fərdi məşq edir.

Qeyd edək ki, “Daığa Arena”da keçiriləcək “Araz-Naxçıvan” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq. 


Son xəbərlər
topaz banner