“Açığı, bu cür hesab gözləmirdik. Oyunun çətin olacağını düşünürdük, elə də oldu. Məncə, hesaba aldanmaq olmaz”.
Bu sözləri QOL.az-a açıqlamasında “Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev Azərbaycan kubokunun 1/4 finalında "Sabah"a qalib gəldikləri oyundan (7:1) sonra deyib.
O, qeyd edib ki, hesabın 7:1 olmasına baxmayaraq, bu, "Qarabağ"ın maksimum gücü deyil: “Bu matça necə hazırlaşmışdıqsa, cavab oyununa da o cür hazırlaşacağıq. Rəqib müdafiə xəttində boşluqlar verirdi. Düşünürəm ki, bundan maksimum istifadə etdik. Amma demək olmaz ki, bu bizim maksimum göstərə biləcəyimiz oyundur”.
E.Cəfərquliyev deyib ki, bu hesabla qalib gəlmələri “Sabah”ın zəifliyini göstərmir: “Sabah” da çox güclü komandadır. Ötən mövsümlə müqayisədə bir az zəifləyiblər. Amma 7:1 hesabı ilə qalib gəlməyimiz onu demir ki, “Sabah” zəifdir. Bizə çətinlik yaradan komandalardandır”.
O, kubok mübarizəsində rəqiblərin güclü olduğunu qeyd edib: “Əlimizdən gələni edəcəyik ki, finala adlayaq, kuboku qaldıraq. Kubok ayrı bir tituldur. Bu il də finala çıxıb, kuboku götürmək istəyirik”.
Müdafiəçi “Qarabağ”ın Premyer Liqada digər klublardan böyük xal fərqi ilə irəlidə olmasına da toxunub: “Bu cür xal üstünlüklərimiz olanda çətinliklərimiz olur. Bu mövsümlə müqayisədə keçən mövsüm daha çox mübarizə var idi. Amma komandamızda təcrübəli futbolçularımız çoxdur. Heç nəyə baxmadan mübarizəni davam etdirəcəyik”.
Cəfərquliyev xatırladıb ki, qış fasiləsindən sonra oyun performansında çətinliklər olur: “Tək məndə yox, ümumi komandada istirahətdən gələndə bir az çətinlik yaşanır. Amma çalışacağıq ki, maksimum formamızı toplayaq”.
23 yaşlı futbolçu Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə oyunlardan gözləntilərini “Komanda şəkilində “Braqa”nın oyunlarını hələ analiz etməmişik. Ancaq oyunları və futbolçuları ilə maraqlanırıq. Vaxt var, oturub analiz edəcəyik. Bilirik ki, “Braqa” çox güclü komandadır. Biz də əlimizdən gələni edəcəyik ki, komanda olaraq onlara çətinlik yaradaq. Niyə də yox? Biz mərhləni keçmək istəyirik və şansımız var. Bura qədər gəlmişiksə, deməli, şansımız var. Bundan sonra da mübarizə aparacağıq. Onlar sürətli və dinamik futbol oynasalar da, bizim komanda da bu cür oyun sərgiləyir”.
Azərbaycan millisinin üzvü bildirib ki, yığmaya təyin ediləcək yeni baş məşqçinin yerli və ya əcnəbi olmasının fərqi yoxdur: “Əsas odur ki, kim gəlirsə gəlsin, komandaya faydalı bir məşqçi olsun”.
Cavad Musayev
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər