"Qəbələ"də yeni məşqçi təyinatı

"Qəbələ"də yeni məşqçi təyinatı
ÖLKƏ FUTBOLU 30 Yanvar 2024 / 19:32 3170
-  A +

"Qəbələ”də yeni məşqçi təyinatı gerçəkləşib.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Rakif Əliyev “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq.

O, Elmar Baxşıyevin rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. Əliyev komandada məşqçi-analitik kimi fəaliyyət göstərəcək. 

Qeyd edək ki, əvvəllər "Qəbələ"nin akademiyasında da fəaliyyət göstərmiş mütəxəssisin son iş yeri baş məşqçi kimi çalışdığı “Qarabağ”ın U-15 komandası olub.


Son xəbərlər
topaz banner