“Hər iki komanda qələbə qazanmağa çalışırdı. Birinci hissədə daha aktiv tərəf biz idik. Pressinq tətbiq edib, rəqibin arxadan oyun qurmasına imkan vermək istəmirdik. Çalışırdıq ki, topu ələ keçirib cinah keçidlərində effektiv olaq”.
QOL.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyununda “Səbail” üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edərkən deyib.
O bildirib ki, komandası üçüncü qolu vursaydı, cavab matçına daha rahat çıxardılar: “Birinci hissədə bir neçə təhlükəli qol epizodumuz olsa da, fərqlənə bilmədik. İkinci 45 dəqiqəyə çox yaxşı başladıq. Ardıcıl 2 dəfə fərqləndik. Sonrakı dəqiqələrdə rəqib böyük qüvvə ilə irəli atıldı. “Səbail”in müdafiəsində yetərincə boşluqlar yaranmışdı. Həmin boşluqlardan yararlanıb, hesab arasındakı fərqi artırıb, cavab matçına daha rahat çıxmaq istəyirdik. Amma alınmadı”.
Sadıqov vurğulayıb ki, “Səbail”in qolu cavab görüşü üçün intriqanı qoruyub: “Rəqib standart vəziyyətdən sonra hesab arasındakı fərqi azaltdı. Yeni qaydalara görə səfər qollarının bir üstünlüyü yoxdur. “Səbail”in qolu intriqanı ikinci oyuna daşıdı. Sonda hər iki tərəf yenidən fərqlənə bilərdi. Düşünürəm ki, bu gün birinci hissəni oynadıq, ayın 8-də ikinci hissəyə çıxacağıq. Kiçik bir üstünlüyümüz var. Qarşımızda “Səbail” kimi komanda, Şahin müəllim kimi təcrübəli mütəxəssis olduğu üçün bugünkü nəticə böyük üstünlük deyil. Cavab matçına daha yaxşı, daha məsuliyyətli hazırlaşmalı və mərhələni adlamaq üçün əlimizdən gələni etməliyik”.
“Zirə”nin baş məşqçisi matçın hakimliyini belə dəyərləndirib: “Bir neçə epizodda VAR nəsə incəliyirdi. Amma heç bir epizoda baxmamışam. Mübahsəli epizod olanda baxıb sonra fikrimi bildirirəm. Ona görə indi dəqiq nəsə deyə bilmərəm. Bizim vurduğumuz qollarda da incələmə oldu. Ümumən hakimlik yaxşı səviyyədə idi. Amma epizodların təkrarına baxmalıyam. Bizim zərərimizə hansısa qərar olmayıb. Bundan əminəm”.
O, bəzi epizodlara sərt reaksiya verməsi ilə bağlı sualı belə cavablandırıb: “Xırda epizodlarda reaksiyalar normaldır. Bütün dünyada bu var. Siz də məşqçi olsanız, bəlkə daha sərt reaksiya verərsiniz. Adicə məhlədə futbol oynayanda, yaxud məşqdə də eyni şey olur. Ciddi səhv olanda qabarıq şəkildə onları müzakirə edirik. Xırda epizodlar barədə danışmırıq. Oynayan vaxtda da emosional olmuşam. Əsas subardinasiyanı qorumaqdır. Heç vaxt heç kim deyə bilməz ki, ünsiyyət zamanı qüsura, təhqirə, təhdidə yol vermişəm”.
Sadıqov yeni transfer Rafael Utsiqdən razı qaldığını söyləyib: “Utsiq hamımıza tanış futbolçudur. Universaldır, sırf hücumçu deyil. Hücum xəttində ciddi itkilərimiz var. Filipe Paxtman yenidən sıradan çıxıb. Məşq zaman çarpaz bağları qırılıb, buna görə də 6-7 yaşıl meydanlardan kənarda qalacaq. “Səbail”lə çempionat oyununda zədələnən Rüstəm Əhmədzadə isə 2 aydan sonra sıraya dönəcək. Ona görə də hazırkı dönəmdə, 3-4 gündən bir meydana çıxanda hücumun mərkəzində ya Utsiqə, ya da Kulaça şans veririk. Ustiqə vaxt lazımdır. Qaçır, mübarizə aparır. Bütün bunlar xarakter tələb edir. Onun hazırkı durumu məni sevindirir. Amma vaxt lazımdır. 2 ay komanda ilə birgə məşq etməyib. 15-20 gün vaxta ehtiyacı var ki, özü istədiyi formaya düşsün”.
Ümumilikdə baş məşqçi futbolçularının performansından məmnun olduğunu qeyd edib: “Təqvim sıx olduğu üçün bir qədər narahatlıq var. Amma məni sevindirən odur ki, hər oyunda 4-5 dəyişiklik olsa da, futbolçuların hamısı işinə peşəkarcasına yanaşır. Çalışırlar hər oyunda keyfiyyəti, oyun intizamını qoruya bilsinlər”.
Sadıqov kubok və çempionat matçları arasında fərq qoymadıqlarını bildirib: “Seçim etmirik. Hər iki turnir bizim üçün önəmlidir. Çünki bir-birinə bağlıdır. Püşk elə gətirib ki, “Sabah”, “Qarabağ” və “Neftçi”dən yalnız biri kubokda finala yüksələcək. Bu da çempionatda dördüncü yer tutan komandanın Konfrans Liqasına yollanmaq şansını azaldır. Çünki adıçəkilən 3 komanda çempionatın favotirləridir. Mövsümün sonunda ilk üçlükdə yer ala bilərlər. Elə olanda isə üçlükdə olmayan komandalardan biri finala çıxacaq. Bu da dördüncü yerin sahibinin Konfrans Liqasına yollanmaq şansını təhlükəyə salır. “Zirə”dəki ilk ilimdə dördüncü olduq, lakin “Keşlə” kubokun finalında qələbə qazandı və biz avrokuboklardan kənarda qaldıq. Eyni hal ötən mövsüm də yaşana bilərdi. Ona görə də bu il hər iki turnir bizim üçün çox önəmlidir. Hesablamalardı, düşüncələrdi – bütün bunları nəzərə almağa məcburuq”.
Azərbaycan millisindən möhtəşəm qol - Video
"Qalatasaray" səfərdə məğlub oldu
"Ronaldo ilə eyni klubda oynamaq istəyərdim"
"Bavariya"nın futbolçusu sıradan çıxdı
Fofana meydan qovuldu, "Çelsi"nin antirekordu yeniləndi
Abubakar dubl etdi, "ağlar" qalib gəldi
Beş ildən sonra ilk qolunu vurdu
Qollarının ardı-arası kəsilmir - 6 matçda 9 dəfə
"Borussiya"dan "Real"a keçə bilər
"Yuventus"dan gözlənilməz məğlubiyyət
"Barselona" Reşfordu onunla əvəzləyə bilər
Baş məşqçi azarkeşlərin "istefa" şüarına reaksiya verdi
40 yaşlı futbolçudan yeni rekord
Azərbaycan millisi Belarus yığmasına qalib gəldi
Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu
Klub rəhbərliyi baş məşqçiyə konkret hədəf təyin etdi
Füzuli Məmmədov: “Sizinlə razı deyiləm”
Ərəblərdən "Barselona" futbolçusuna 40 milyonluq təklif var
Felipe Santosdan Yevlaxda 2 qol - Video
"Yaşlandıqca müdrikləşir, oyunu daha yaxşı anlayır"
"Araz-Naxçıvan" "Karvan-Yevlax"a qalib gəldi
Millimizin dünya çempionatı üçün heyəti
UEFA “Qarabağ”ı bu şüara görə cəzalandırdı
Tramp Ronaldoya: "Əşyalarını yığ, ABŞ-də bizə lazımsan"
"Karvan-Yevlax" - "Araz-Naxçıvan" - Heyətlər
Federasiyaya yeni baş katib təyin edilib
Neymar: "Əsas məqsədim dünya çempionatını qazanmaqdır"
“Orada həyatıma təhlükə yüksək idi” - “Zirə”nin legioneri
UEFA “Barselona”nı cərimələyib
“Nyukasl”dan Bakı səfəri ilə yeni paylaşım - Video
Zidanın yeni iş yeri ilə bağlı iddia
Renat oynadı, komandası qalib gəldi
Superliqada 23-cü tura start verildi
“Sumqayıt” - “Qəbələ” matçında qalib aşkarlanmadı - Video
"Turan Tovuz" "Zirə"yə belə qalib gəldi - Video