“Dramatik oyun alındı. Əsl kubok matçına layiq futbol izlədik. Hər iki komanda qələbə qazana bilərdi”.
QOL.az xəbər verir ki, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Zirə”yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.
Məğlubiyyətə baxmayaraq, mütəxəssis yarımfinala yüksəlmək şanslarının bitmədiyini bildirib: “Artıq neçə oyundur optimal heyəti tapmağa çalışıram. Düşünürəm ki, bu matçdan sonra optimal heyəti özlüyümdə müəyyənləşdirdim. Bu baxımdan “Zirə” ilə matç mənim üçün çox vacib idi. Ümid edirəm ki, yarımfinal mübarizəsi hələ bitməyib. Biz birinci hissəni uduzmuşuq, ikinci hissə Zirədə olacaq. Bu gün fasilədən sonra çox yaxşı oynadıq. Hücumda bu qədər fəal olmamışdıq. Stabil heyətin olmaması oyunumuza təsir göstərirdi. Təəssüf ki, yenə sadə qollar buraxdıq. Lakin bugünkü ikinci hissə mənə gələcəyə nikbin baxmaq üçün çox şey verdi. Cavab oyununda bu yenilginin əvəzini çıxmağa çalışacağıq. “Zirə”yə də çempionatda uğurlar arzu edirəm”.
O qeyd edib ki, kubok matçlarında səfər qolu ilə bağlı qaydanın ləğvi “Səbail” üçün üstünlükdür: “Səfər qolunun ləğvi çox şeyi dəyişir. Əvvəlki vaxt olsaydı, cavab görüşündə minimum 2 qol vurmalıydıq. Lakin indiki halda ən azı 1 qol vurub qapımızı toxunulmaz saxlasaq, mübarizə əlavə vaxta, penaltilər seriyasına qədər gedə bilər. Mərhələ adlamaq şansımız heç də aşağı deyil. Bu gün ikinci hissədə sərgilədiyimiz oyun cavab qarşılaşması öncəsi belə düşünməyə imkan verir”.
Diniyev qeyd edib ki, komandası səfərdə daha rahat çıxış edəcək: “Azərbaycanda ev-səfər oyunu arasında ciddi fərq demək olar ki, yoxdur. Əksinə, səfərdə oynamaq daha rahatdır. Çünki üzərində basqı olmur. İkinci görüşdə “Zirə” müdafiədə etibarlı oynamağa çalışacaq. Biz isə irəli atılmalı olacağıq. Arxada boşluqlar buraxmamalıyıq. Süni, yaxud təbii ot örtüyündə oynamaq elə də ciddi fərq deyil”.
“Səbail”in çalışdırıcısı bugünkü matçda bəzi səhvlər etdiyini söyləyib: “Gələcək oyunlar üçün bu, mütləq lazım idi. Amma harda səhv etdiyimi deməyəcəm. Stabil heyəti özlüyümdə müəyyənləşdirmək üçün bu gün riskə gedib səhv etməliydim. Bu oyun nəticə baxımından olmasa da, gələcək baxımından çox şey verdi. Birinci hissədəki inamsız çıxışımız da məhz məhz bundan qaynaqlanırdı”.
Ş.Diniyev bu gün start heyətində şans verdiyi yeni transferlər Ayub Masika və Madi Quetanın çıxışına da toxunub: “Onları ilk dəqiqələrdən meydanda görməliydim, gördüm də. Artıq nəyə qadir olduqlarını daha yaxşı bilirəm. Bir qədər zamana ehtiyac var. Ən qısa zamanda hər ikisi komandaya daha çox fayda verəcək”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər