“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İctimai TV-də yayımlanan “Bol idman” verilişinə müsahibə verib.
QOL.az xəbər verir ki, bir çox məsələlərdən danışan mütəxəssis Azərbaycan millisindən ayılması haqda sualı da cavablandırıb:
“Getdiyim yerdən çox danışmaq istəmirəm. Mən niyə millidən ayrıldım? Bəli, mənimlə 6 illik müqavilə ilə bağlı danışıq oldu, amma sonra 3 illik sözləşmə imzalandı. Bu barədə mənə dəfələrlə suallar verilib. İstəyirəm ki, birdəfəlik bilinsin. Millidən mən özüm getmədim. Sadəcə ilin sonunda İcraiyyə Komitəsində bu məsələ müzakirəyə çıxarıldı. Mənsiz müzakirə aparıldı. Komitənin qaydası belədir. Müzakirədən sonra bildirildi ki, biz səninlə yolları ayırırıq. Yəni millidən getməyim bu cür oldu”.
Q.Qurbanov hazırda milli komandaya baş məşqçi axtarışında olan AFFA-nın onunla əlaqə saxlamadığını da qeyd edib: “Yox, mənimlə heç kim əlaqə saxlamayıb. Mənə AFFA-dan heç bir təklif olunmayıb. Bunun haradan qaynaqlandığını bilmirəm. Bəlkə də, siyasi gedişdir, bilmirəm. Mənim eşitdiyimə görə, millidə yerli yox, əcnəbi baş məşqçi olmalıdır. Buna görə də İşçi qrup yaradıldığı yazılır. Mənə “Sabah”la oyundan sonra sual verilmişdi ki, yeni yaradılan İşçi qrupla bağlı nə fikirləşirsiniz? Bildirdim ki, toplananların yerini dəyişəndə cəm dəyişmir. Yəni milli komanda məsələsi yenə eyni quruma aiddir. Yenə orada eyni adamlar iştirak edir. Bilmirəm, nə cür müzakirələr olunur. Yəni sonda yenə qərar verən AFFA-dır. Özləri yoluna qoyacaq”.
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər