"Oyun gözlədiyimiz kimi ağır keçdi. "Qəbələ" birinci hissədə müdafiədə yaxşı oynadı. Həm rəqibin, həm də bizim qol vurmaq üçün imkanlarımız var idi".
QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Misli Premyer Liqasının 20-ci turunda bu gün "Qəbələ"yə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
Monteneqrolu mütəxəssis 3:1 hesablı qələbəni belə şərh edib: "Məncə, yaxşı oyun keçdi. İkinci hisssədə biz bir qol vurduq. Rəqib azlıqda qaldı, ardınca ikinci qol da gəldi. Düşünürdük ki, bu qollardan sonra oyunumuz daha rahat keçəcək. Amma əksi oldu. Nəticədə rəqibə qol vurmağa imkan yaratdıq. Sona qədər narahatlıq içində idik. Amma ən əsası qələbə qazandıq və 3 xalı əldə etdik".
Baş məşqçi Azər Salahlının zəif oyunu ilə bağlı fikirlə razılaşmayıb:"Azər Salahlı pis oynamadı. Bu, onun mövqeyi deyil. Azər Əliyev zədəli olduğu üçün Salahlını həmin mövqedə istifadə edirik. Əliyev artıq zədəsini sağaldıb və bu mövqedə rəqabət olacaq. Düşünmürəm ki, hər hansı yeni oyunçu komandaya cəlb olunacaq".
Bojoviç qeyd edib ki komandanın oyunu daha da inkişaf etməlidir: "Bu komandanın keyfiyyəti var. Biz hazırda bir az səbr etməliyik. 24-cü gündür ki, bu işə başlamışıq. Bir az səbr edib keyfiyyəti artırmaq mümkündür".
"Neftçi"nin çalışdırıcısı "10 gündə "Sumqayıt"la üç dəfə qarşılaşacaqsız. Eyni rəqiblə qısa müddətdə tez-tez üz-üzə gəlmək necədir?" sualını da cavablandırıb: "Bu, bizim işimizdir. Burada olan hər kəs peşəkardır. Əlbəttə ki, eyni komanda ilə ard-arda üç dəfə oynamaq asan deyil. Amma biz peşəkarıq, işimizi icra edəcəyik.
Bojoviç komandasının kuboku qazanmaq və Premyer Liqada yaxşı yer tutmaq gücündə olduğunu qeyd edib: "Məncə, komanda keyfiyyətinə görə buna qadirdir. Bu tapşırığı icra etməyə çalışacağıq. Vaxt məhdudiyyəti var. Vaxtımız kifayət qədər olsa, buna nail olmaq mümkündür. Yerinə yetirə bilməsək, baxarıq görək nələr baş verəcək".
Karrik “Mançester Yunayted”dəki gələcəyindən danışdı
"Nəticə ilə barışmalıyıq" - “Sumqayıt”ın baş məşqçisi
"Sumqayıt" - "Şəfa" matçından - Video
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
“Sumqayıt” - “Şəfa” ilə heç-heçə etdi
İlin rəmzi komandasına kimlər namizəddir?
Yamalın atası oğlunun əsl adını açıqladı
"Çempionlar Liqasını qazanmaq üçün hər şeyimiz var"
“Borussiya”nın 4 futbolçusuna göz dikdilər
"Sumqayıt" - "Şəfa" Heyətlər
Mourinyo “Arsenal”ın müdafiəçisinə göz dikdi
Alleqrinin Spaletti uğursuzluğu
Ronaldo Özbəkistan səfərinə aparılmayıb
Bellinqem Zidanı geridə qoydu
40 yaşlı Milner 3 saat qaçdı
Harri Keyn: “Messinin sol ayağı məndə olsaydı..."
“Bavariya”nın ulduzu “Atletiko” ilə oyunu buraxacaq?
“Sabah”ın “Vikinq”lə oyununa hakim təyinatları açıqandı
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
“Latsio”dan tarixi rekord – 10 oyunda 9 qələbə
Qışda "Barselona"dan ayrılmaq istəyir
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
“Sportinq”in yeni baş məşqçisi o olacaq
Biz belə çempionat istəyirdik
“Kəpəz”in uğurlu statistikası: 7 oyundur...
"Real"ın böyükhesablı qələbəsi - Video
Zamiq qələbədə iştirak etdi
"Arsenal" "Liverpul"a qalib gələrək liderliyə yüksəldi
Dünya çempionatında daha bir medal
“Çelsi” onu hədəfə aldı
Fermin Lopesdən “Mançester Yunayted”ə cavab
Dambrauskasa "Fənərbaxça”dan təklif var?
"İmişli" - "Kəpəz" matçından - Video
“Qalatasaray”da daha bir istefa
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
“Bavariya”nın futbolçuları sıradan çıxdı
“Neftçi”ni liderliyə yüksəldən qələbəsindən - Video
UEFA-dan Babək Quliyevə yeni təyinat
“Uşaqlar üçün böyük təcrübə oldu” - Azər Bağırov
"Şamaxı" heç də asan rəqib deyil" - Yuri Vernidub
"Kəpəz" - "İmişli": Heyətlər