"Dinamik oyunun şahidi olduq. Komandamın əzmkarlığından razı qaldım. Biz də başa düşürük ki, futbolda ən önəmli şey nəticədir. Son oyunlarda futbolçulardan istədiyimizi alırıq. Amma nəticə baxımından komanda istədiyinə çatmır".
QOL.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 20-ci turunda bu gün "Neftçi" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.
O, komandasının nəticə qazana bilməməsinin bir çox səbəbi olduğunu qeyd edib: "Səbəb çoxdur. Burada səbəbləri saysam, vaxt çox gedər. Səhvlərimizi görürük. Hər oyunda qapında pemalti görəcəksənsə, qırmızı vərəqə alacaqsansa, şansın daha da az olacaq. Bunları azaltsaq, oyun planında daha da inkişaf edərik".
Baş məşqçi qapılarına verilən penalti qərarı və futbolçusu Zurab Oçiqavanın qırmızı vərəqə aldığı epizod haqda da fikir bildirib: "Biz səhvlər edirik ki, qapımıza penalti olur. Verdiyimiz səhv qərarlardan sonra rəqib bizi cəzalandırır".
E.Baxşıyev qapıçı Kristof Atanqananın səhvləri ilə bağlı isə bildirib: "Bu məğlubiyyəti Atanqanaya bağlamazdım. Həbib gənc futbolçudur, talantı var. Amma indiki durumda Premyer Liqada oynayacaq səviyyədə deyil. İnkişaf dönəmini keçməlidir. Öz yaşıdları ilə oynamaq ayrıdır, belə peşəkar səviyyədə oynamaq ayrı".
E.Baxşıyev uduzsalar da, oyun baxımından "Neftçi"dən geri qalmaqdıqlarını deyib: "Futbolda nəyisə sözlə həll etmək olmur. Daha çox güc sərf etməlisən, əzmkarlıq göstərməlisən ki, istədiyin nəticələri əldə edəsən. Futbolçularım təslim olamyıblar. Hesaba baxırsızsa, "Neftçi" qalib gəldi. Amma futbol baxımından heç heç kim deyə bilməz ki, "Neftçi" bu gün bizdən üstün idi. Biz səhvlər edirik.Uğurlu olmaq üçün daha məsuliyyətli olacağıq".
"Qəbələ"nin çalışdırıcısı azarkeşlərin etirazının normal olduğunu qeyd edib: "Azarkeşlərin iradını qəbul edirik. Sonuncu yerdə gedən komandadan azarkeş razı ola bilməz. Çox rahat təslim olmayacağıq".
E.Baxşıyev əvvəllər də "Qəbələ"də çalışmış Səbuhi Səfiyarlının klubun idman direktoru təyin olunmasına da münasibət bildirib: "Səbuhinin reklama ehtiyacı yoxdur. Bu klubda olub, öz sahəsi üzrə Azərbaycan futbolunda tanınmış insandır. O da komandaya öz gücünü verəcək".
E.Baxşıyev heyətdəki futbolçulardan narazı olmadığını da vurğulayıb: "Transfer xatirinə transfer olmasını mən istəmirəm. Sərəncamımda olan futbolçular var. heç kim Oçiqavaya, Afrikoya zəif futbolçu deyə bilməz. Ümid edirik ki, komanda toparlanıb nöqsanları aradan qaldıracaq və daha uğurlu olacaq".
“Komandada çox şey yaxşı alındı” - Rəşad Eyyubov
Almaniya Kubokunda püşk atıldı
Azərbaycan millisi Qazaxıstana məğlub oldu
İnamsız çıxışına görə klub yeni qapıçı axtarışına başladı
"Trabzonspor" 11 milyonluq təklifi rədd etdi
DÇ-2026-da azarkeşlərlə bağlı bu qadağa yumşaldıldı
Argentina millisində itki
Azərbaycanın U-21 millisi Bəhreynə 3 qolla qalib gəldi
Belçika yığmasından böyükhesablı qələbə
Alleqri və "Milan" razılığa gələ bilmir
Azarkeşlər stadiona getməkdən imtina edirlər
"O, meydanda əsl canavar kimi idi"
"Mançester Yunayted" 90 milyon ödəməyə hazırdır
Klub rəsmisi istefa verdi
"Arsenal"a keçə bilər
PSJ onunla müqaviləni uzatmayacaq
"Barselona" son iki mövsümdə möhtəşəm çıxış edir"
La Liqada mövsümün oyunçusu seçildi
"Şamaxı"dan gedənlərin sayı 17 oldu
"Bavariya" "Liverpul"un gənc vingerini almaq istəyir
Ayxan Abbasov o futbolçuları millidən kənarlaşdırdı
Azərbaycan millisi Maltaya belə uduzdu - Video
Millimizin gənc futbolçusunun zədəsi ciddidir - Video
Malinovski Türkiyə klubunda - Rəsmi
Alman futbolçu DÇ-2026-nı buraxacaq
"Fiorentina" baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan millisi ilə oyundan əvvəl Banqladeşə uduzdular
Yankoviç oynadı, Monteneqro heç-heçə etdi
“Çoxdandır bu qədər qol epizodu yaratmırdıq” - Ayxan Abbasov
Əliyar Ağayev Belarusun qələbəsinə şahidlik etdi
Azərbaycan millisi Maltaya uduzdu
FİFA "pulsuz" satılan biletlərin ödənişini tələb edir
Slot London klubunun təklifini rədd etdi
Xəyal Əliyev zədələndi, meydanı xərəkdə tərk etdi - Video
Sadıq Sadıqov dünyasını dəyişdi
"Şamaxı" onu da yola saldı
Mbappe artıq ən bahalı futbolçu deyil
Azərbaycan - Malta: Heyətlər
DÇ-2026-nın "ölüm qrupu"nda hansı ölkələr var?
Messi və Son Hın Min eyni komandada
Azərbaycan millisi Macarıstana uduzdu
"Yeni transferlər olacaq" - Zaur Həşimov
Millinin futbolçuları arasında gərginlik - Şəkil